Cəmiyyət (22-07-2015, 10:09)
Sakinlərə "Duzlu göl" xəbərdarlığı - Getməyin
Bir çoxları bu gölü müalicə mərkəzi hesab edir.Ancaq rəsmi qurumlar buranın insan orqanizmi üçün zərərli olduğunu və buranın müxtəlif xəstəliklərin mənbəyi olduğunu deyirlər.Söhbət Zığ ərazisindəki "Duzlu göl"dən gedir.Bu göldə çimmək qəti şəkildə qadağan edilib. Ancaq görünən odur ki, bu qadağaya məhəl qoyulmur.
Rəsmi qurumlar bu gölün insan sağlamlığı üçün zərərli olduğunu deyirlər.
Ancaq insanlar bu qadağaya məhəl qoymayaraq, burda müalicə aldıqlarını deyirlər.
Gigiyena və Epidemologiya Mərkəzi Zığ ərazisindəki ''Duzlu göl''dəki anti-sanitar vəziyyəti əsas gətirərək orda çimməyi qadağan edib.
Bura üz tutan insanlar gölün xəstəlik mənbəyi olduğuna inanmırlar və buradakı müalicə nəticəsində sağaldıqlarını iddia edirlər.
Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə buradakı müalicənin insanlara xeyirdən çox ziyan gətirdiyini deyir.
Mediatv.az