Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-07-2015, 13:03)
"İş yerinə dair arayış" tarixə qərq olur

"İş yerinə dair arayış" tarixə qərq olur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin dekabr ayında "Elektron hökumət" portalı üzərindən əhalinin istifadəsinə verilən "İş yerinə dair arayış" elektron xidmətindən cari il iyulun 1-dək 88 395 dəfə istifadə edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Xezerxeber.com-a verilən məlumata görə, iş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Arayış əməkhaqqı göstərilməklə və ya əməkhaqqı göstərilmədən də əldə edilə bilər. Təşkilatlar isə e-arayışda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə həmin məlumatların, eləcə də əməkhaqqı barədə göstəricilərin dürüst olub-olmadığını yoxlamaq imkanına malikdirlər.

Artıq "İş yerinə dair arayış" e-xidmətindən faydalanan şəxslərin sayında artım müşahidə olunur. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə iyun ayında "İş yerinə dair arayış" e-xidmətindən istifadə edənlərin sayı 34,5 faiz artaraq 13430 nəfərə çatıb.

 Mediatv.az 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024