Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (16-04-2015, 10:45)
Bizim “var-yoxumuz”

Bizim “var-yoxumuz”

Kənan Hacı 

 

Axır ki, kimin var-yoxu söyüldüyü bilinmədi. Bu “var-yox” söyüşü əsəbi adamların dilinin altındakı həb kimidi, tez-tez istifadə edəndə əsəbləri sakitləşir. Aşıq Ədalət kimi qoruq-qaytaq bilməyən adamların söyüşü qəfil şapalaq kimi kiminsə qulağında partlamalıdır. Amma hiss olunur ki, ustad əməllicə qocalıb, bu dəfə şapalağı kimə tutuzdurduğunu heç özü də bilməyib. 

O gün çayxanada dostlarla oturmuşduq, birdən kiminsə dilindən var-yox söyüşü çıxdı, biri də o yandan qayıtdı ki, ayə, bura efir deyil, sən də Ədalət deyilsən, özünü ağıllı apar! Ətrafdakılar gülüşdülər. Amma bu, zarafat deyildi, ironiya idi. Kim nə deyir desin, biz söyüş sevən xalqıq. Bir söyüşə görə neçə gündü ustadın adı xalqın dilindən düşmür. Ay tövbə, ustad aşığın bir ifasını dinləyiblərsə! Kişini canından bezar ediblər, o gün deyirdi ki, xəcalətimdən ölmək istəyirəm. Təki bir şey olmasın, yoxsa deyəcəklər kişi bir söyüşün badına getdi.

Yarım əsrdir kişi özünü öldürür ki, ay millət, “Yanıq Kərəmi” bir eşqin faciəsidir, bu havaya oynamazlar. Heç kim onu eşitmir. İndi söyüşü nə tez eşitdilər?! Biri dedi söyüb, əcəb edib, biri dedi ağsaqqal adamdır, düz eləməyib, üstünə də getmək lazım deyil. Amma ustadın qəzəbi tək bir nəfərə deyildi, sənəti ucuzlaşdıranlara idi. İnsanlar efirdə  kiminsə “şpaqat” açmasıyla, aparıcının ərəb şeyxinə “xiyar deməsiylə, iki müğənninin məhkəmə davasıyla, saçyoldusuyla, bayağı seriallarla xoşbəxt olurlar. Bu kimi əhvalatlar onların istirahətini, marağını təmin edir. Biz bu xalqı nə vaxt, harda itirdik? Niyə insanlar kitab oxumaq, düşünmək istəmir? Niyə öz kasıb mənəvi aləmini zənginləşdirmək şansından vaz keçirlər? Bu adamlar manısların efir boşboğazlığından necə zövq ala bilirlər? Efirdə camaatı ağladan sadist aparıcılar sanki “kim tamaşaçını daha çox ağladacaq” deyə yarışa giriblər.

Qurşaqdanaşağı dəyərlərin əsirinə çevrilmiş insanlara hansı kitabı versən, orda sesk səhnəsi axtaracaq. Söyüş, qalmaqal, saçyoldu olmayan veriliş reytinq gətirmirsə, demək, səviyyə yerdə sürünür. Yekə-yekə universitetlərdə dərs verən müəllimlər də axşam televizorda bayağı seriallardan ötrü sinov gedirsə, vay bizim elmimizin halına! Bunu gözlərimlə görməsəydim, inanmazdım. Bu ziyalı təbəqəsi dünya kinosuna böyük töhfələr vermiş filmlərin müəllifi olan Tarkovskinin, Pazolininin, Fellininin, Vudi Allenin adını belə eşitməyiblər, canımçün. Alimi qəssabından seçilməyən cəmiyyət bəşəri dəyərlərin toz olub yanından keçməyə də qadir deyil.

Müharibəyə etiraz olaraq arvadıyla birlikdə Braziliyada intihar etmiş Avstriya yazıçısı Stefan Sveyqin “Dünənin dünyası” kitabını oxuyanda  yazır ki, “varlı olmaq bir yəhudi üçün sadəcə, bir pillədir, əsl hədəfə yetişmək üçün bir vasitədir,qətiyyən əsl hədəf deyil. Bir yəhudinin əsl istəyi fikir dünyasında irəliləmək, daha yüksək mədəni səviyyəyə çatmaqdan ibarət imiş. Hətta varlı şəxslər öz qızlarını pullu şəxsə deyil, savadlı,elmli gəncə verməyi üstün tuturdular”. Sveyq məhz belə bir mühitdə böyüyüb, bu ruhda tərbiyə almışdı və haqlı olaraq da Vyana mədəniyyətini Avropanın xilası kimi görürdü.

Məktəbdə oxuduğu illəri Sveyq belə xatırlayır: "...əlimizə düşən hər şeyi oxuyardıq. Kitabxanalardan kitab alar, əlimizdəkiləri dəyiş-düyüş edərdik. Yeni olan şeyləri ən yaxşı öyrəndiyimiz yer həmişə olduğu kimi kafeydi. Bunu anlaya bilmək üçün Vyana kafelərinin dünyada tayı-bənzəri olmayan özünəməxsus yerlər, hətta bir növ təhsil qurumu olduğunu bilmək lazım gəlir. Vyana kafeləri hamının üzünə açıq, ucuz, bir fincan qəhvənin əvəzində saatlarca oturub müzakirə aça biləcəyiniz, yazılarınızı yaza biləcəyiniz, kart oynayacağınız, poçtunuzu ala biləcəyiniz və hər şeydən önəmlisi də saysız qəzet və jurnal oxuya biləcəyiniz demokratik ab-havası olan klublardı."

Söz düşmüşkən, bir neçə il bundan öncə İstanbulda olanda orda yaşayan dostumuz Mayis Əlizadə məni təxminən belə bir yerə apardı. Oranın yaradıcı aurası məni heyran qoydu. Masa arxasında kimi qəzet oxuyur, kimi notbukda nəsə yazır, başqa bir çevrə isə sənətlə bağlı polemikaya girişmişdi. Azərbaycanda da yaradıcı adamların toplaşa biləcəyi belə bir klubun olmasını arzuladım. Bu fikrimi Mayis bəyə də dedim. "Olar, inşallah!" -dedi.

Sveyqin bu qeydlərini oxuyarkən İstanbuldakı sənətçilər klubunu xatırladım. Bakıda, şəhərin mərkəzində bir "Art-klub" açılmışdı, sonra o yeri qapatdılar. Əlbəttə, icarə haqqını ödəyə bilmədiyinə görə. İndi həmin yerdə "avtoshop" açılıb. 

Bizimsə günümüzə baxın, ağsaqqal aşığı bir söyüşə görə elnən bir eləmişik...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024