Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-04-2015, 18:15)
ATV-dən neçə işçi çıxarılıb?

Telekanal yayılan xəbərlərə rəsmi açıqlama ilə cavab verib

 

ATV telekanalı 100-ə yaxın işçinin ixtisara salınması barədə mətbuatda yayılan xəbərlərə cavab verib. 
Kanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu bu barədə yayılmış xəbərlərin bilərəkdən şişirdildiyini bildirib. 
O bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:
"10 aprel 2015-ci il, səhər saatlarından başlayaraq şirkətimizin elektron ünvanlarına müxtəlif mənbələrdən yerli saytlara istinadən yayılmış xəbərlə bağlı suallar daxil olur. Məsələ ilə bağlı məlumatı yayan saytlardakı həmkarlarımızın istinad etdiyi mənbəyə müraciət etməyi məsləhət bilirik. Əgər “mənbə”nin məlumatı əldə olunduqdan sonra saytlar informasiyanı dəqiqləşdirmək üçün ATV-yə müraciət etmədən bu xəbəri dərc edibsə, bu məlumatın dəqiqləşdirilməsi məsuliyyəti də sözügedən mənbənin və saytların üzərinə düşür. Öz növbəmizdə isə həmkarlarımızı dəqiqləşdirilməmiş məlumatları yerləşdirmədən öncə qanunvericiliyin normalarını və fəaliyyətdə olan bu və ya digər təşkilatın ictimai nüfuzuna vura biləcəkləri zərbənin nəticələrini nəzərə almağa çağırırıq. Bir daha diqqətinizə çatdırırıq ki, bilərəkdən şişirdilmiş formada yayılmış bu informasiyanın heç bir əsası yoxdur".
Qeyd edək ki, bir neçə saat öncə ölkə saytları ATV telekanalının rəhbərliyinin göstərişi ilə yüzə yaxın əməkdaşın işdən çıxarıldığını yazmışdı. Işdən çıxarılanların böyük əksəriyyətinin xanım olması da bildirilmişdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024