Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (6-08-2014, 19:48)
Ağdamdakı vəziyyətlə bağlı ən son rəsmi MƏLUMAT

 

Ölkə mətbuatında yazılan xəbərlərə görə, Ağdamın işğal altında olan bir neçə kəndi əsgərlərimiz tərəfindən azad edilib.  Xəbərlər  sadə vətəndaşlar tərəfindən böyük sevinclə qarşılansa da, rəsmi şəkildə təsdiqlənmədi.

Belə ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Mediatv.az-a açıqlamasında bildirib ki, saytların yayımladığı informasiyalardan xəbərsizdir:

“Biz bütün rəsmi məlumatlarımızı Müdafiə Nazirliyinin internet səhifəsində yayımlayırıq. Orada bildirilənlər komandanlığın göstərişi  ilə rəsmi şəkildə təsdiqlənən informasiyalardır. Hansısa saytların yazdıqları xəbərlərdən isə məlumatsızam”.

Yayılan xəbərlər sosial şəbəkələrdə ekspertlər tərəfindən də qınanılıb. Hərbi ekspert Üzeyir Cəfərov Ağdamla bağlı məlum xəbərləri yayanlara müraciət edərək bildirib:

“Siz bir saatlarınıza baxın və sonra hansısa əməliiyatlardan, müharibə amillərindən yazın. Vallah, mən 25 ilə yaxın hərbi xidmət keçmiş adam kimi deyə bilərəm ki, nə isə mənim yaddaşıma gəlmir ki, gecənin bu vədində hansısa ağıllı komandir, yaxud sərkərdə düşmən üzərinə hücum əməliyyatı keçirsin. Hərtərəfli hücum əməliyyatı keçirmək üçün artilleriya, aviasiya (döyüş təyyarələri və vertolyotları), həmçinin digər amillər də nəzərə alınmalıdır. Bir də bu əsgərlər canlı orqanizmlərdir, əzizlərim. Tibb elmində bir çox nüanslar var ki, gecənin bu vaxtında hansı qoşun növləri döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdilər. Bu torpaq azadetmə əməliyyatı quru qoşunlarının (sadə dillə desək, pexotanın) üzərinə düşən məsələdir. Bu da şəxsi heyətin təqribən 70-80 faizini təşkil edir. Belə olan halda hansı komandir bu riskli işə qol qoya bilər”.

Yayılan xəbərlərə görə, Ağdam rayonu ilə bərabər guya Füzulidə yerləşən düşmən postlarına da hücum edib, irəliləmişik.

Bununla əlaqədar  politoloq Fərhad Mehdiyev bildirib:

 

“Füzuli cəbhəsində irəliləyş bir yana, heç ciddi atışma da yoxdur”.

Bildiririk ki, 5 avqust tarixində bəzi saytlarda Ağdamla bağlı xəbərlər,  Lent.az-ın baş redaktoru Qabil Abbasoğlunun yazdığı sadə bir statusdan sonra daha da sürətlə yazılmağa başladı. Q.Abbasoğlu statusunda: “Yovşan ətri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Hər şey əla olacaq”, - deyə yazmışdı. Saytlarda isə bildirildi ki, guya bununla  jurnalist ictimaiyyətə  torpaqlarımızın geri qaytarılması ilə bağlı mesaj verir.  Q.Abbasoğlu isə  yazılanlara münasibətində  bildirib: “Mən əsgərlərimizlə görüşməyə gəldim. Görüşdüm, gördüm, sevindim. Kimin nə yazmağı onun öz insafına qalıb”.

Hadisələrlə bağlı dəqiq məlumat almaq üçün Ağdam sakini və cəbhə xəttinə yaxın ərazidə yaşayan Kamandar Balakişiyevlə əlaqə saxladıq.  Sakin bildirdi ki, Ağdamla bağlı yazılanları oxuyanda çox sevinirəm:

 “Ancaq pəncərəni açıb çölə baxanda, elə bil yuxudan ayılıram. Yəni yazılanların əksəriyyəti təəssüf ki, doğru deyil. Ancaq 4 avqust tarixində kənddə gəzən söhbətlərə görə, əsgərlərimiz Goran istiqamətində bir neçə postu düşməndən azad ediblər. Bundan başqa, hansısa məlumat yoxdur. Bir də onu da deyim ki, hərbi xidmət çəkmiş gəncləri komissarlığa çağırıb, yenidən qeydiyyata aldılar”.

Qeyd edək ki, Müdafiə Nazirliyi  rəsmi saytında bu gün məlumat verilib ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 99 dəfə pozulub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024