Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (18-03-2015, 18:18)
Aslan Aslanovun oğlunun qətlinə görə tutulan Vüqar Əliyev əfv olundu

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun öldürülməsində təqsirli bilinərək ömürlük həbs edilən Vüqar Əliyev bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunub.

Bu barədə Modern.az saytına Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat veib.

Vüqar Əliyev və keçmiş nişanlısı Lamiyə Quliyeva 2003-cü ildə həbs ediliblər. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.  

Bir müddət əvvəl - 2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada nikahdankənar uşaq doğması cəmiyyətdə rezonans doğurub. Lamiyə Quliyeva bir müddət əvvəl Baş Prokurorluğun verdiyi protestlə azadlığa çıxıb.

Bundan sonra isə Vüqar Əliyev əfv ərizəsi ilə prezidentə müraciət etmişdi.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024