Cəmiyyət / Karusel (27-01-2015, 13:13)
Xanımı: “Vüqarın bu işdə heç bir günahı yoxdur“
"Lamiyə Quliyevanın Vüqar Əliyevə heç bir aidiyyatı yoxdur. Vüqar xahiş edir ki, mətbuat bu qadını onun nişanlısı kimi təqdim etməsin. Vüqarın öz ailəsi var və o, öz ailəsinə cavabdehdir"
"Lamiyə Quliyevanın Vüqar Əliyevə heç bir aidiyyatı yoxdur. Vüqar xahiş edir ki, mətbuat bu qadını onun nişanlısı kimi təqdim etməsin. Vüqarın öz ailəsi var və o, öz ailəsinə cavabdehdir".
Mediatv.AZ xəbər verir ki, bu sözləri "Azadlıq" qəzetinə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadliqdan məhrum edilən Vüqar Əliyevin xanımı Aynur Əliyeva deyib.
Xatırladaq ki, Aslan Aslanovun oğlunun qətlinə görə Vüqar Əliyevlə yanaşı həmin vaxt onun nişanlısı olmuş Lamiyə Quliyeva da həbs edilib. Lamiyə Quliyeva 10 il azadlıqdan məhrum edilmişdi. Lakin cəzasınının bitməsinə az qalmış onun barəsində yeni cinayət işi başlanıb və "işinin" üstünə daha 5 il əlavə edilib. Son günlər Lamiyə Quliyeva həbsxanada uşaq dünyaya gətirməklə gündəmə gəlib.
Vüqar Əliyevin xanımı Aynur Əliyeva bildirir ki, əri bu qadının üzündən ömürlük azadlıqdan məhrum olunub, ailəsi faciələr yaşayıb: "Vüqarın bu işdə heç bir günahı yoxdur. Aslan Aslanovun oğlunu Lamiyə qətlə yetirib. Çünki həmin oğlan Lamiyənin 12 yaşı olarkən ona təcavüz edib. Sonradan Lamiyənin bir müddət onunla münasibəti olub. Vüqar Lamiyə ilə nişanlanarkən bunları bilməyib. Sonradan ona bütün bunları deyiblər. Vüqar da Lamiyədən deyilənlərin həqiqət olub-olmadığını soruşub. Lamiyə deyilənləri təsdiq edib. Vüqar Aslan Aslanovun oğlundan da bu barədə soruşub. Lakin o deyib ki, Lamiyə anam-bacım olsun, mən ona heç nə etməmişəm. Aslan Aslanovun oğlu Lamiyə ilə üzləşə biləcəyini də deyib. Üzləşmə vaxtı Lamiyə üzərindəki bıçaqla oğlanı öldürüb. Vüqarın günahı yalnız bundan ibarətdir ki, həmin vaxt Lamiyənin yanında olub".
Aynur Əliyeva deyir ki, hələ istintaq vaxtı Vüqarla Lamiyənin nişanın pozulub: "2011-ci ildə də Vüqar mənimlə ailə həyatı qurub. Amma buna baxmayaraq yenə də Lamiyəni Vüqarın nişanlısı kimi təqdim edirlər. Bu da Vüqara pis təsir edir. Ona görə də Vüqar xahiş edir ki, bu məsələlərdə onun adını hallandırmasınlar. Çünki bu namus məsələsidir. Vüqar öz ailəsinin namusuna cavabdehdir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024