Cəmiyyət (5-02-2015, 11:55)
Penitensiar Xidmət Lamiyə ilə Vüqarın vəkillərinə niyə görüşə icazə vermir?
Xəbər verildiyi kimi, "Lamiyə Quliyeva qalmaqalı" başlayandan sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidməti adları qalmaqalda hallanan şəxslərlə - Lamiyə Quliyeva və Vüqar Əliyevin öz vəkilləri ilə görüşünə icazə vermir, şərait yaratmır
V.Əliyevin vəkili Adəm Məmmədovdan Musavat.com-a verdiyi açıqlamaya görə, onun müvəkkili ilə görüş üçün Penitensiar Xidmətə etdiyi müraciətə cavab verilməyib.
L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev də müvafiq müraciətinin cavabsız qaldığını söyləyib. "Yeni Müsavat" vəkillərin müvəkkilləri ilə görüş üçün Penitensiar Xidmətə etdikləri müraciətə cavab verilməməsinin səbəbini öyrənmək üçün quruma sorğu göndərib.
Sorğuda adı çəkilən vəkillərə müvəkkilləri ilə görüşə icazə verilməməsinin səbəbinə aydınlıq gətirilməsi xahiş olunub. Sorğumuza veiləcək cavabı da təqdim edəcəyik.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər.
L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024