Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-03-2015, 23:06)
Neft milyonçusunun sadə və bəzək-düzəksiz məzarı - FOTO

Rayon İcra Hakimiyyəti Ağamusa Nağıyevi məzarında cari təmir işləri aparıb, qəbirüstü abidənin qoyulması üçün yuxarı orqanlardan dəstək istənilir

Tanınmış milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağamusa Nağıyev, onun həyatı və ictimai fəaliyyəti haqqında nəinki Azərbaycanda , hətta Avropa ölkələrində kifayət qədər məlumatlıdırlar. 1948-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olan Ağamusanın atası saman satmaqla məşğul olsa da, onu bütün dünyada neft milyonçusu kimi tanıyırlar. O, ibtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda Ağamusanın atası ölür və bu zaman atasının 300 manat borcunu ödəmək də başsız ailənin ümidinə qalır. Bundan sonra həyatın amansız sınaqları ilə üz-üzə qalan Ağamusa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır.

Beləliklə, cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra borcunu qaytarır və parça alveriylə məşğul olur. Aradan 5 il keçdikdən sonra 2 000 manat qənaət toplayır. O, topladığı pulla neftlə zəngin Bakının “Qara Şəhər” adlanan məhəlləsində əllə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları başqaları kimi, Ağamusa Nağıyevi də milyonçu edir. O, müsəlman arvadını boşayıb Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılır. 1914-cü ilin maliyyə hesabına görə Ağamusa Nağıyevin qızılla 70 milyon manata yaxın tanxası varmış.

Ağamusa Nağıyev "Cəmiyyəti xeyriyyə" üçün şəhərin mərkəzində əzəmətli "İsmailiyyə" binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda “Realnı məktəb”in inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

İndiki “28 May” küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera və Balet Teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi Poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları digər məşhur binalar Ağamusa Nağıyevin pulu ilə tikilib. Bütövlükdə Ağamusa Nağıyevin paytaxtda milli üslubda 100-dən çox bina tikdirib. Bundan başqa, o, “Realnı məktəb”in hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə 25 müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı 50 faizə çatmışdı.

...İndi məşhur neft milyonçusunun Biləcəri qəsəbəsindəki köhnə qəbirstanlıqda məzarı hər kəsə tanışdır. Bu məzar qəbirtstanlığın giriş qapısına yaxın darısqal bir yerdə yerləşir. Onun baş daşı iki şəkli həkk olunmuş ensiz və xırda qara mərmər daş parçası ilə əvəzlənib. Qəbrinin üstü olduqca sadə götürülüb, necə deyərlər, milyonçu və xeyriyyəçi Ağamusa Nağıyevin adına yaraşmır bu məzar. İndi gənc nəsli, xarici qonaqları bu kiçik məzarda adı dünya boyda olan xeyriyyəçi və neft milyonçusunun uyuduğuna inandırmaq heç də asan deyil. Onun tikdirdiyi binalarda nazairliklər, xəstəxanalar və dövlət qurumları fəaliyyət göstərdiyi halda, özünün qəbri sadəliyi ilə seçilir. Hətta mərhum xeyriyyəçinin adının əbədiləşdirilməsi üçün onun qəbirüstü abidəsi belə, qoyulmayıb.

“Həftə içi”nin əməkdaşı bunun səbəblərini aydınlaşdırmaq üçün Binəqədi qəsəbə bələdiyəsinə müraciət edib. Bələdiyyədən bildiriblər ki, bu yaxınlaradək Ağamusa Nağıyevin məzar daşları da tamamilə dağılaraq tanınmaz hala düşmüşdü. Rayon İcra Hakimiyyətinin tapşırığı ilə ilə Binəqədi bələdiyyəsi tərəfindən tanınmış neft milyonçusunun məzarında cari təmir və bərpa işləri aparılıb. Mərhum xeyriyyəçinin xatirəsinə qəbirüstü abidənin qoyulması isə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxil deyil. Qəbirüstü abidənin qoyulması üçün aidiyyəti qurumların dəstəyinə böyük ehtiyac var.

Binəqədi bələdiyyəsində onu da bildiriblər ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 4-də Ağamusa Nağıyevin doğum günü qeyd edilib. Tədbirdə Biəqədi RİH-nin müavini Vüsar İsmayılov, Biləcəri qəsəbə nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin işçiləri, eləcə də qəsəbənin bir qrup ziyalıları iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyəti başçısının adından, eləsə də RİH-nin kollektivi adından Ağamusa Nağıyevin məzarı önünə əkil də qoyulub.

Qələndər Xaçınçaylı

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024