Cəmiyyət (27-02-2015, 11:45)
Fazil Mustafa: `...mən ailəmi nə ilə dolandırım?`
“Nazirlərə də pul lazımdır, onların da qonaqları olur”
Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxışlarının birində qeyd edib ki, deputatlar əmək haqlarının azaldılması barədə ölkə prezidenti Vladimir Putinə təklif göndərəcəklər.
Narışkin çıxışı zamanı təklifdə parlament fraksiyasına ayrılan vəsaitlərin azaldılmasının göstərilmədiyini də vurğulayıb. Spikerin sözlərinə görə, deputatların əmək haqlarının azaldılması barədə təşəbbüs 2015-ci Federal Büdcənin tənzimlənməsi ilə bağlı Duma Şurasının iclasında irəli sürüb.
Bəs, Azərbaycanın parlament üzvləri necə, maaşlarının azaldılması üçün belə bir təklif irəli sürə bilərlərmi?
Milli Məclisin deputatı Fazil Mustafa AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət məmurlarının maaşlarını hökumətə təqdim etməsi mümkün deyil.
Onun sözlərinə görə, Azərbaycanda dövlət məmurlarının əmək haqqları yüksək deyil:
“Dövlət qulluqçularının maaşlarının bir hissəsinin büdcəyə yatırılması o deməkdir ki, rüşvət almayan dövlət qulluqçularının hamısı da kütləvi şəkildə rüşvət almalıdırlar. Çünki müəyyən dövlət qulluqçuları var ki, onların işləri, evləri, müəyyən obyektləri var. Elələri də var ki, ancaq maaşla dolanırlar. Belə hallar olarsa biz onları kütləvi formada rüşvət almağa təşviq edərik. Çünki maaşlar yetərli səviyyədə deyil. Bazarla müqayisədə ən çox əzilən də elə dövlət qulluqçularıdır. Onların işdən kənarda hansısa bir fəaliyyətlə məşğul olmağa vaxtları yoxdur. Ona görə də mənim fikirimcə, bu absurd bir yanaşmadır. Belə populist yolla nə isə həll etmək olmaz”.
Deputat hesab edir ki, iqtisadi qanunlara uyğun olaraq daha normal və insanlara fayda verəcək yollar tapılmalıdır.
“Çünki bu forma populizmdir. Azərbaycanda buna ehtiyac yoxdur. Belə bir təkliflə biz də kim çıxış edə bilər ki? İndi mən deyim dövlət qulluçusunun maaşının bir hissəsi büdcəyə yatırılısın? Sonra həmin qulluqçu deməz ki, mən ailəmi nə ilə dolandırım? Nazirlərə də pul lazımıdır. Onların da öz qonaqları, tədbirləri olur. Hökumət daha optimal yollar tapmalıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024