Karusel / Slayd (17-07-2014, 17:08)
Məmurlarla bağlı qəzet yazıları araşdırılır
Dövlət məmurları və onların ailə üzvləri ilə bağlı mətbuatda gedən məlumatlar qərəzli deyilsə, tərəfimizdən araşdırılır, araşdırılacaq və müvafiq tədbirlər göruləcək.
“Mediatv.az” Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində bəzi vəzifəli şəxslər və onların ailə üzvləri ilə bağlı məlumatlarda hüquqi tərəflərlə yanaşı, etik məsələlər də var: "Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Dövlət qulluqçularının etik davranış kodeksi var. Hər bir dövlət qulluqçusu, vəzifəli şəxs özünə, öz ailəsinə qarşı bu məsələlərdə həssas və diqqətli olmalıdır. Kiminsə bahalı maşını varsa, onun şəklini çəkib internetə qoyubsa, bunun hüquqi araşdırılmasına ehtiyac yoxdur. Əks halda gərək daim elə yalnız bu işlə məşğul olaq".