Cəmiyyət (25-02-2015, 13:11)
AMİP Cəmil Həsnlinin qızı barədə hökmü pislədi
Azərbaycan Milli İstiqlal Partiyası Milli Şuranın sədri Cəmil Həsnlinin qızı Günel Həsənli barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması ilə bağlı çıxarılmış hökmü kəskin pisləyir. Bu barədə partiyanın bəyanatında bildirilir. Bəyanatda daha sonra deyilir:
“Təəssüfedici haldır ki, şikayətçinin olmadığı avtoqəza hadisəsinə görə məhkəmə tərəfindən hökm oxunarkən işdə ölüm və ya ağır xəsarət hallarının olmadığı, təqsirləndirilən şəxsin qadın olması, himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə məhkəmə qarşısına çıxarılması kimi yüngülləşdirici hallar nəzərə alınmamışdır.
Azərbaycan Milli İstiqlal Partiyası Apellyasiya Məhkəməsinin yuxarıda sadalanmış yüngülləşdirici halları, eləcə də Azərbaycan mentallığını nəzərə alacağını və Günel Həsənliyə verilmiş azadlığın məhdudlaşdırılması cəzasının ləğv ediləcəyinə ümid etdiyini bildirir”.