Gündəm (7-01-2015, 17:48)
Rüstəm İbrahimbəyov Milli Şura ilə yollarını ayırır
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bu qurumla yollarını ayırmaq niyyətindədir
Mediatv.AZ xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, İbrahimbəyov məsələ ilə bağlı Milli Şura sədri Cəmil Həsənli ilə telefon danışığında müzakirə aparıb.
Mənbə İbrahimbəyovun gedişinin bir neçə səbəbi olduğunu bildirib.
“O, əvvəldən siyasətə qoşulduğu, Milli Şuranın sədri olduğu üçün peşman idi. Özü də müsahibələrində bunu dəfələrlə dilə gətirib. Yəni 2014-cü ilin başlanğıcından qurumdan getmək istəyirdi. Faktiki olaraq, fəxri sədr olsa da, Milli Şuranın heç bir işinə qarışmır. Məlumatlar var ki, o, hökumətlə münasibətlərini yenidən yoluna qoymaq niyyətindədir. Qardaşı Maqsud İbrahimbəyov də bu məsələdə təkid edir. Lakin Rüstəm müəllim vaxtilə birgə olduğu insanları yarı yolda qoymaq istəmir. Buna görə də indiyə qədər fəxri sədr olaraq qalıb. Son vaxtlar isə Milli Şuranın fəaliyyətindən narazılığını açıq şəkildə bildirir. Əsas narazılığı AXCP ilə bağlıdır. Çünki Əli Kərimli qurumdakı hər kəsi yola saldı və faktiki olaraq, Milli Şura AXCP-dən ibarətdir. KXCP ilə problemin yaranmasından sonra Rüstəm müəllim açıq etirazını bildirdi. Söhbət hansısa partiyanın getməsindən yox, Əli Kərimlinin apardığı siyasət nəticəsində Milli Şuranın təklənməsindən gedir. Buna görə də Rüstəm müəllim ümumiyyətlə Milli Şura ilə yollarını ayırmaq niyyətindədir”, - deyə adının açıqlanmasının istəməyən Milli Şura üzvü bildirib.
Qeyd edək ki, ötən ilin əvvəlində R. İbrahimbəyov fəxri sədrlikdən istefa verməklə bağlı Milli Şuraya rəsmi müraciət etmişdi. Lakin bu, müəyyən müddətə təxirə düşdü.
Məsələ ilə bağlı Publika.az-a danışan qurumun üzvü Eldəniz Quliyev bundan xəbərsiz olduğunu bildirib: “Məndə belə bir məlumat yoxdur. Rüstəm müəllim fəxri sədrdir. Fəxri sədr, bildiyimiz kimi, ümumi statusdur və qurumun işlərində mütləq formada aktiv iştirak etməyə məcbur deyil. Bildiyim qədər, Rüstəm müəllim Cəmil Həsənli ilə telefon əlaqəsi saxlayır, bəzi məsələləri müzakirə edir. Amma bu məsələnin gündəmdə olduğunu bilirəm”.
Milli Şuranın digər üzvü Vidadi Mirkamal da publika.az-a R. İbrahimbəyovun Milli Şuranın işlərinə qarışmadığını açıqlayıb: “Ola bilsin ki, Cəmil Həsənli ilə əlaqələri var. Lakin mənimlə heç bir təması olmayıb. Rüstəm İbrahimbəyovun Milli Şuranın işinə hansısa formada müdaxilə də etdiyini, yaxud qurumun işində iştirak etdiyini görməmişəm. O, Milli Şuranın yaradılmasının təşəbbüskarı olduğu zaman fəxri sədr olması qərara alındı. Əvvəldən bunun simvolik olduğu məlum idi. Onsuz da o, əvvəldən ictimai-siyasi həyata nüfuz etmək imkanında deyildi. Bu gün Milli Şuranın onun qarşısında hansısa öhdəliyi yoxdur”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024