Cəmiyyət (20-02-2015, 11:10)
Azərbaycan alimi Səudiyyə mollası kimi danışdı
Səudiyyə Ərəbistanında din xadiminin Yerin fırlanmadığı haqda moizəsindən sonra Azərbaycandan da bu nəzəriyyənin tərəfdarları üzə çıxmaqdadır
"Mediatv.az" virtualaz.org-a istinadən xəbər verir ki, Hacı Qamət Süleymanovun ardınca Azərbaycan alimi də Yerin öz oxu ətrafında fırlandığına şübhə etdiyini yazıb.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Əkrəm Həsənov öz Facebook səhifəsində yazıb ki, Yer öz oxu ətrafında fırlana bilməz. O, öz sözlərinin isbatı üçün Norveç kimi şimal ölkələrində Günəşin aylarla batmadığını fakt kimi göstərib.
“Belə çıxır ki, bu ölkələrdə Yer öz oxu ətrafında 6 ay boyu fırlanmır?” - deyə doktorluq dərəcəsi almaq üçün elmi işi artıq Elmlər Akademiyasının Rəyasəti tərəfindən təsdiqlənmiş gənc alim yazır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanından olan şeyx Bəndər əl-Xeybəri şagirdlərinə barmaqları ilə “sübut etməyə” çalışıb ki, Yer öz oxu ətrafında fırlana bilməz. Şagirdlərdən birinin sualına cavab olaraq şeyx əvvəlcə müsəlman alimlərindən sitat gətirib, sonra öz “məntiqi” əsaslandırmalarını irəli sürüb.
O, əlində su dolu banka tutaraq onu Yer planeti kimi təsəvvür etməyi təklif edib. Bildirib ki, əgər Yer fırlansaydı o zaman təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərindən Çinə təyyarə ilə saatlarla uçmaq lazım gəlməzdi, təyyarə havada dayansa elə Çin özü təyyarəyə tərəf gələrdi, yaxud ondan uzaqlaşardı.
Səudiyyə şeyxinin bu moizəsi dünyada böyük istehzaya və lağ predmetinə çevrilib. İndi isə vəziyyət daha ciddidir. Azərbaycanda Yerin fırlanmadığını sübut etmək istəyən artıq din xadimi deyil, əsl alimdir...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025