Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (22-01-2015, 10:10)
“Azərbaycanda Səudiyyə Ərəbistanından maliyyələşən qurum yoxdur“

Hacı Qamət: “Sələfilər cəbhədə baş verən son hadisələr ərəfəsində müharibəyə hazırlaşmışdılar”

 

Azərbaycanda son aylar radikal dini təriqət üzvlərinin sayı artmaqdadır. Onların əvvəllər gizli təşkilatlanması açıq fazaya keçməkdədir. Dünənə qədər cəmiyyətdən özünü təcrid edən xəvaric, təkfirçi qruplar artıq sosial şəbəkələrdə fəallaşır, məscidlərdə çıxışlar edir, ərəb ölkələrinə tələbə göndərir, öz mövqelərini açıq şəkildə bəyan edirlər. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının həyəcanlı çıxışları, MTN-in əvvəlcə 26, daha sonra 10 İŞİD üzvünü həbs etməsi ölkədə radikallığın artdığını deməyə əsas verir. Müşfiqabad, Ləzgi məscidlərində keçirilən əməliyyatlar, Sumqayıtda evini məscid etmiş sələfi Zöhrab Şıxəliyevin həbsi vəziyyətin ciddiləşdiyini göstərir. Axar.az saytı isə yanvarın 21-də yazıb ki, “Ləzgi” məscidində Gürcüstan vətəndaşı olan Veysəl Orucov radikalizmi təbliğ edir, gizli şəkildə tələbələri ərəb ölkələrinə göndərir. 
Eyni zamanda 20 Yanvar günü facebook şəbəkəsində xəvariclər şəhidlərin ruhunu təhqir edən yazılar paylaşıb, onları kafir adlandırıb. Bütün bu baş verən proseslərlə bağlı fəaliyyəti məhdudlaşdırılmış “Əbu-Bəkr” məscidinin imamı, sələfilərin lideri hesab olunan Hacı Qamət Süleymanov “Yeni Müsavat”ın suallarını cavablandırıb. O, həmçinin Qroznıda karikatura əleyhinə keçirilən nümayişdən danışıb:
 
- Hacı, Qroznıda baş tutan mitinqə münasibətini necədir? 
- Əvvəla, biz peyğəmbərin karikaturasının çəkilməsini pisləyirik. Bu, yolverilməz haldır və insanların heysiyyətinə toxunmaq olmaz. Müsəlmanlar onların inancına toxunmursa, qarşılıqlı hörmət olmalıdır. Ümumiyyətlə, təkcə peyğəmbəri yox, insanı təhqir etmək düzgün deyil. İslamda karikatura haramdır. Parisdə çəkilən karikatura təxribatdır və radikallara fürsət verən hadisə olub. Məqsəd dünyada terroru İslamın ayağına yazmaq, gözdən salmaq, radikallara görə müsəlmanları təhqir etməkdir. Biz terroru da pisləmişik, karikaturanı da. Amma sələfilər nümayişlərin əleyhinədir. Biz hesab edirik ki, etiraz sözlə olmalıdır. Bir hadisəyə olan narazılıq məsul şəxslərə ünvanlanmalıdır. Ona görə də Qroznıda olan nümayişin tərəfdarı deyilik. 
- Sizcə, Parisdəki terror nəyə gətirib çıxara bilər? 
- Avropada müsəlmanların sayı artmaqdadır. Bu da bəzi dairələri narahat etməyə bilmir. Bu prosesin Qərb ölkələrində qarşısını almaq və müsəlmanları Avropada çıxarmaq üçün bu hadisə oldu. Məncə, bundan sonra Avropada terror çoxala bilər və bunu İslam dini ilə bağlamağa çalışacaqlar. İslam isə terrora qarşıdır. Radikallara isə sərf edən siyasətdir. Onlara bu imkanı vermək olmaz. 
- Azərbaycanda da radikalların sayının artdığını demək olarmı? 
- Azərbaycanda radikallar var və onların sıralarının çoxaldığını demək olmaz. Müəyyən səviyyədədirlər. Bu istiqamətdə kütləvilik görmürəm.
- Onların arasında 20 Yanvar günü şəhidləri təhqir edənlər oldu, sələfilər necə, onları şəhid sayırmı?
“Azərbaycanda Səudiyyə Ərəbistanından maliyyələşən qurum yoxdur”
- Şəhidliyin bir neçə mərtəbəsi var və 20 Yanvarda həlak olanları da şəhid sayırıq, o mərtəbədən birindədirlər. Sələfilər vətən uğrunda ölənləri şəhid hesab edir. Hətta yadınızdadırsa, bir müddət əvvəl cəbhə xəttində döyüşlər getdi, şəhid verdik. O ərəfədə bizim sələfilər müharibəyə hazırlıq görmüşdü. Onlar cəbhədə torpaqlarımız uğrunda savaşmağa hazır idilər, Ali Baş Komandanın əmrini gözləyirdilər. Radikallar isə özlərindən başqa kimsəni müsəlman görmürlər. Hamını kafir elan edirlər. 
Hətta Suriyaya gedənlər arasında İŞİD üzvlərini öldürənlər, əl-Bağdadini də kafir elan edənlər var. Deyirlər ki, ancaq bizim kimi olanlar müsəlmandır. Onlar deyirlər ki, ümumiyyətlə dünyada hələ müsəlman ölkəsi, müsəlman hakimiyyəti yoxdur, hər yerdə kafirlikdir, yalnız bunların yaratdığı müsəlman dövləti olacaq. Əlbəttə ki, onların bu radikal mövqeyi 20 Yanvar şəhidləri haqda fikirlərlə də göstərilir. 
“Ləzgi məscidində ab-hava başqadır, məscidə axır vaxtlar radikal qruplar toplaşır, Veysəl Orucov isə...”
- Hacı, «Ləzgi» məscidində Veysəl Orucov haqda xəbərlər yayılıb ki, radikalizmi təbliğ edir, siz o adamı necə tanıyırsız?
- Mən o məqalə ilə tanış oldum, orada yazılanlar həqiqətə uyğun deyil. Yəni Veysəl o səviyyədə adam deyil, məlumatlar şişirdilib. Azərbaycandan ərəb ölkələrinə tələbə göndərməyə ehtiyac yoxdur. Tələbə özü internetə daxil olub, qəbul şöbəsinə sənədlərini yazıb göndərir. Sadəcə, məlumatlar şişirdilib. Veysəl radikallığa qarşı olub. Ola bilsin ki, kiminsə şəxsi-qərəzliyi var, yaxud da yeni mövzu axtarışındadırlar. 
- Siz «Ləzgi» məscidinə gedirsizmi?
- Mən artıq çoxdandır ki, «Ləzgi» məscidinə getmirəm. Çünki orada ab-hava başqadır. Mənə gələn son məlumatlara görə, məscidə axır vaxtlar radikal qruplar toplaşır. Həm də o məscid balacadır, sıxlıq yaranır. Mənə elə gəlir ki, şəhərin mərkəzində yerləşir və radikalların ora getməsindən hüquq-mühafizə orqanları məlumatsız olmazlar. Ola bilsin, bir neçə qrupdur, bəlkə də Əlixan Musayevlə əlaqələri var. Sadəcə, həddini aşanlar var. Suriyaya gedib İŞİD üzvlərini öldürürlər, özləri bir-birini qəbul etmirlər, bayaq dediyim kimi, əl-Bağdadini kafir görürlər. Deyirlər ki, bizim kimi olmayan düşməndir. 
“...Bağdadini də kafir sayanlar var”
- Politoloq Qabil Hüseynli müsahibəsində Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələrinin zəiflədilməsini təklif etmişdi, onun fikrincə, vəhhabilik oradan bizə gəlir. Siz necə düşünürsüz?
- Azərbaycanda Səudiyyə Ərəbistanından maliyyələşən qurum yoxdur. Bu iki ölkə arasında da həmişə yaxşı münasibətlər olub. Hətta Ermənistanın Səudiyyə Ərəbistanında səfirliyi yoxdur. Onlar özü də radikallardan, terrorizmdən əziyyət çəkir. Terrora qarşı mübarizəyə dəstək verir. Ola bilsin ki, həmin siyasətçi məlumatsızdır, ya da metroda bir-iki kitab oxuyub, nəsə eşidib.  
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024