Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-02-2015, 14:11)
Dünyanı durduran və güldürən şeyx

Bəli, dünya fırlanır


Dünyanın fırlanmağı neçə yüz il əvvəl sübut olunmuş məlum bir həqiqətdir. Hətta o qədər danılmaz bir həqiqətdir ki, kilsənin Avropada hökm etdiyi bir dönəmdə Bruno kimi bir çox alim bu faktı inkar etməyərək ölümü seçiblər. Bu elə bir həqiqətdir ki, bunu izah etmək orta məktəbdəki müəllimlərin boynuna düşür. Çünki dünyadan hələ kifayət qədər məlumatı olmayan uşaqlar bunu öyrənməlidirlər.

İndi Səudiyyə Ərəbistanındakı bir eybəcər şeyx "dünya fırlanmır" deyir. Məntiqi də odur ki, əgər dünya fırlanırsa, biz göydə dayansaq, Çin özü bizə gələcək. Bəli, sən bu ərəb şeyxinə məsələnin əslində bu cür olmadığını, atmosferin nə olduğunu izah edə bilməzsən. Çünki əgər belə elementar biliklərə sahib olsaydı, əvvəla, şeyx olmazdı, ikincisi də belə gülünc iddiada bulunmazdı. 

Deyirlər, isti iqlimdə yaşayan insanlar ağıl cəhətdən kasad, amma bədəncə güclü olurlar, şimalda yaşayanlar isə əksinə. Səbəb isə odur ki, birincilərin yaşadığı yerdə təbiət onlara istədiklərini verir, isti onları sağlam saxlayır, onlar problem həll etmək üçün çalışmırlar. Tək dərdləri su ola bilər, onu da birtəhər tapırlar. Amma şimalda yaşayanlar isə təbiətlə mübarizədədirlər, onlar daim işləməli, yemək tapmalı, soyuqdan qorunmalıdırlar. Buna görə təbii cəhətdən zəngin olmayan ölkələrin əhalisi daha ağıllı olur. Əlbəttə, bir də neftin gətirdiyi rahatlığı nəzərə alsaq ərəblərin ağılsız olmaq üçün bütün səbəbləri var. İşləmirsən, axtarmırsan, araşdırmırsan, neft bulaq kimi gəlir və sən onu satıb pul qazanırsan. Yeri gəlmişkən, onu da qeyd eləyək ki, bizim iqtidarın da bəzi məsələlərə çox bəsit və düşünülməmiş yanaşmasının, düzgün olmayan siyasət qəbul etməsinin kökündə də bu səbəb yatır. Bir idarəedici zümrə ki, ölkəyə hansı yolla qazanc gətirmək haqqında fikirləşmir, dövlət siyasətinin səhv olması labüddür. O pulun nə dəyəri bilinəcək, nə də onun xərclənmə yeri. 

Bəli, həmin bu imkanlar ərəbləri dünyanın bəlkə də ən gülünc, ağılsız bir qövmü halına gətirib. Ərəb deyəndə kiminsə gözündə işgüzar bir adam imicı canlanırmı? İnanıram ki, Ərəbistanda bu şeyxin sözünə etimad edib dünyanın fırlanmadığını düşünən minlərlə insan var. 
Vacib problem isə odur ki, ölkəmizdə bu ərəb şeyxinin dediklərinə əks-səda gəlir. Sələfilərin lideri Qamət Süleymanov şeyxin dediklərini izah edib və deyib ki, özünün bu barədə heç bir fikri yoxdur. Çox inanmaq istəyərdim ki, o da şeyx kimi düşünmür, amma inana bilmirəm. Çünki bu qədər məlum həqiqət haqqında belə danışmaq bundan xəbər vermir. İllər əvvəl kimsə Azərbaycanda dünyanın fırlandığına inanmır desəydi biz xəbərə inanmazdıq. Amma indi bir icmanın lideri bu fakt haqqında bu cür danışır. Ən əsası, bizim ölkəmizdə də artıq dünyanın fırlanmadığına inanan insanlar var. Əvvəl hardaydıq, indi hara gəlib çıxmışıq. 

Səudiyyə Ərəbistanının ölkəyə ayaq açması xeyli ciddi problemdir. Çünki ərəb ölkələrində mövcud olan durum xərçəng xəstəliyidir. Hərəsinin özünün ayrı xərçəngi var. Onların ideyalarının ölkədə əks-səda verməsi isə artıq xəstəliyin kiçik miqyasda bura da bulaşmasından xəbər verir. Bir zamanlar ölkəmizdə Babəkə aid film çəkilib amma indi xeyli adam onu kafir və din düşməni olaraq görür. 

Əvvəllər bu ölkədən bizə yalnız məcburi köçkünlər üçün yardımlar, ya da "bu məktubu on adama yaymasan öləcəksən" tipli məktublar gələrdi. Ərəbistan adı bizə daha çox tarixi bir şey, uzaq bir yer kimi gəlirdi. İndi isə o bizim timsalımızda özünə yoldaş axtarır... 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024