Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (2-02-2015, 19:05)
Ağcabədi inkişaf yolunda

 

 Bildiyimiz kimi, ötən 2014-cü il cənab prezident tərəfindən ölkədə “Sənaye ili” elan olunmuşdu. İl ərzində iqtisadiyyatın sənaye sektoru hökumət tərəfindən ciddi dəstəklənmiş, bu müstəvidə fəaliyyət göstərən sahibkarlara lazımınca şərait yaradılmış, yeni-yeni sənaye müəssisələri istifadəyə verilmiş, mövcud olanların da fəaliyyəti stimullaşdırılmışdır.

Ağcəbədi rayonunun sosial-iqtisadi inkişafını təmin edən mühüm obyektiv amillərdən danışanda regionun inkişafına dövlət dəstəyi, karbohidrogen ehtiyatlarını sadalaya biliriksə, başqa mühüm faktor isə tərəqqipərvər Ağcəbədi vətəndaşlarını zəhmət cəbhəsində səfərbər edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun səmərəli idarəetmə səriştəsi, rəhbərlik keyfiyyətləridir.

 

 Şəhər icra nümayəndəliyi vətandaşların probleminə diqqətlə yanaşır

 

 Ağcəbədi Rayon İcra Hakimiyyətinin Ağcəbədi şəhər ərazi inzibati vahidi üzrə nümayəndəliyi Aqil  Əliyevin rəhbərliyi altında öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

Ötən 2014 -ci il ərzində nümayəndəlik tərəfindən, ilk növbədə ev təsərrüfatlarının uçotu aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır. Bundan əlavə, şəhər ərazisindəki idarə, müəssisə və təşkilatlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir. Arxada qalan «2009-2014-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə, o cümlədən Ağcəbədi şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla reallaşdırılmış, bu məqsədlə ayrılan vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunmuşdur.

 

Ağcəbədi yaxın illərdə dotasiyaya ehtiyacı olmayacağı proqnoz edilir

Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin

 

proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə

 

əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəisi

 

maliyyə mütəxəssisi Xosrov Nəsirovun rəhbərliyi ilə maliyyə nəzarətini həyata

 

keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması

 

sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və

 

təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün

 

Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər.Xosrov müəllim

 

nikbinliklə proqnoz edir ki, yaxın illərdə Ağcəbədi rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli

 

gəlirlər hesabına maliyyələşəcək.

 

  

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində

 

əhəmiyyətli addımkar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.

 İlham Qənbərovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Ağcabədi rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Ağcabədi rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.   

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

2014-cü ilin ötən ayrlaı ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində  Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Təcrübəli mütəxəssis Əbülfət Qasımovun rəhbərlik etdiyi Ağcabədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur   

Suvarma suyuna olan tələbat tam ödənilir

 Aqrar sahədə əldə olunan uğurlar da sevindiricidir. Bu sektorda qazanılan nailiyyətlərdə əlbəttə ki,Əli Əliyevin rəhbərlik etdiyi Ağcabədi Suvarma Sistemləri İdarəsinin kollektivinin böyük xidməti vardır. Ağcabədi əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi işi yaxşılaşdırılır. Rayonun Salmanbəyli kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Qarabağ suvarma kanalı üzərində tikilən su-nasos stansiyasının yenidən qurulma və əsaslı təmir işlərindən sonra əhalinin istifadəsinə verilib. Kanal üzərində bir ədəd 3 aqreqatlı nasos stansiyası, uzunluğu 30,2 metr olan iki aşırımlı körpü, həmçinin 6163 metr uzunluqda 720 millimetr diametrli su borusu, hovuz inşa edilmiş, 2109 metr uzunluğunda beton kanal yenidən qurulmuşdur. Saniyədə 700 metr su vuran nasos stansiyası 1100 hektar əkin sahəsinin suvarılmasına xidmət edəcəkdir. Bundan başqa, rayonun Nəcəfqulubəyli kəndi ərazisində də su təminatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. Bu məqsədlə Qarqar çayı üzərində saniyədə 1100 metr su buraxan nasos stansiyasının, 14,4 kilometr uzunluğunda beton üzlüklü suvarma kanalının, 9,71 kilometr uzunluğunda drenlərin və drenaj nasos stansiyasının tikintisi, 17 kilometr uzunluğunda açıq suyığıcıların və drenlərin yenidən qurulması davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra ümumilikdə 927,47 hektar sahənin su ilə təminatı və meliorativ vəziyyəti yaxşılaşacaqdır.

Yetişməkdə olan nəslin təlim-tərbiyəsi böyük önəm daşıyır

Ağcabədi rayonunda,təcrübəli pedaqoq Mehdi Əhmədovun rəhbərliyi altında təhsilin inkişafına xüsusi diqqət yetirilir.  Yeni Qaradolaq kəndində 360 şagird yerlik, Göyük kəndində 220 şagird yerlik, Taynaq kəndində 180 şagird yerlik məktəb binaları tikilərək istifadəyə verilib.

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramına əsasən rayonun ümumtəhsil məktəbləri 761 ədəd kompüterlə təmin edilib ki, bu da I-XI siniflərdə təhsil alan 11755 nəfər şagirdin hər 15 nəfərinə 1 kompüter nisbəti deməkdir. Rayon Təhsil Şöbəsi və onlarla təhsil müəssisəsi internet şəbəkəsinə qoşulub.Təhsil şöbəinin rəhbərliyi rayonda təhsilin səviyyəsini və keyfiyyətini qaldırmaq üçün daima çalışırlar.

Əhaliyə göstərilən tibb xidmətin keyfiyyəti yaxşılaşdırılır

Novruz Abbasovun rəhbərlik etdiyi

Ağcabədi RMX beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir. Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərirlər.

Rayonun səhiyyə işçiləri onlara göstərilən bunca yüksək diqqət və qayğıya əməli işləri ilə cavab verirlər və vətəndaşların sağlamlığının keşiyində ayıq-sayıq dayanırlar. Ağcabədililər onlara göstərilən tibbi xidmətin keyfiyyətindən razılıq edirlər. Hətta qonşu rayonların sakinləri də keyfiyyətli tibbi xidmətdən ötrü Ağcabədiyə üz tuturlar.

Mədəni irsin qorunması sahəsində mühüm işlər görülür

Qədim mədəniyyət məskənlərindən olan Ağcabədidə eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən ətmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbiristanlıqlarda rast gəlmək olar. Muğanlı kəndində eramızda əvvələ aid tarixi abidələr aşkar edilmişdir.Rza Quliyevin rəhbərlik etdiyi Rayon Mədəniyyət və Turizm Şöbəsi bu abidələrin mühafizəsi sahəsində gərəkən bütün tədbirləri həyata keçirir.

Rayon mərkəzi kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq, əlamətdar günlərlə bağlı yüksək səviyyədə tədbirlər - sərgilər, guşələr, stendlər, görüşlər təşkil edilmişdir. Xüsusilə ziyalılarla

görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskussiyalar, sual-cavab gecələri böyük maraq doğurmuşdur.

Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafı sahəsində xeyli iş görülmüşdür. Rayonda yeniyetmə və gənclərin hərtərəfli inkişafının təmin olunması, vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, mənəvi-əxlari dəyərlərin təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

***

Ağcabədi rayonunda ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm hadisələrin hətta ötəri, vizual müşahidəsi belə qənaətə gəlməyə imkan verir ki, bütün sahələrdə tərəqqinin təmin olunması RİH -nin başçısı cənab Şahin Məmmədovun diqqət mərkəzindədir. Rayon rəhbəri yalnız göstəriş və tapşırıqlar verməklə kifayətlənmir, hadisələrin bilavasitə iştirakçısı olmaqla, göstərişlərin necə yerinə yetirilməsinə nəzarət edir. Mübaliğəsiz deyə bilərik ki, idarəetmədə bu cür yanaşma bütün müvəffəqiyyətlərin açarıdır.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024