Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-01-2015, 19:31)
Yeni 2015-ci il Goranboy rayonu üçün daha böyük uğurlar vəd edir

 

 

2014-cü il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi dayanır. Təsadüfi deyildir ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir.

Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir ki, bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur. Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxil olmaları 9,8 faiz artmışdır.

Respublikamızda gedən tərəqqi proseslərindən Goranboy rayonuna da əhəmiyyətli pay düşmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Nizaməddin Quliyev və onun rəhbərlik etdiyi apparat Goranboyun tərəqqipərvər qüvvələrini səfərbər edib düzgün istiqamətləndirməyi bacarmışdır.

 Goranboyun yaxın illərdə dotasiyaya ehtiyacı olmayacağı proqnoz edilir


Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi İltifat Sadıqov nikbinliklə proqnoz edir ki, yaxın illərdə Goranboy rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.


 

  

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımkar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Eyvaz Nəcəfovun rəhbərlik etdiyi

Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Goranboy rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Goranboy rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

2014-cü ilin ötən ayrlaı ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində  Goranboy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Goranboy Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

 

Su təminatı gücləndirilir, torpaqlar meliorativ cəhətdən yaxşılaşdırılır

 

Goranboy rayonunda aqrar sektorda da bir sıra uğurlar qazanılmışdır ki, bunu da şərtləndirən amillərdən biri həyata keçirilmiş tədbirlər nəticəsində rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaradılmasıdır.Rauf Teyyubovun rəhbərlik etdiyi Rayon Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. İl ərzində subartezian quyuları ilə təxminən 23000 hektar əkin sahəsi suvarılıb. 2014-cü ildə suyun əkin sahələrinə çatdırılması üçün subartezian quyuları müntəzəm olaraq əsaslı və cari təmir edilmişdir. Yeni subartezian quyuları qazılmış, bir sıra kəndlərdəki quyular təkrar yuyularaq məhsuldarlığı artırılmışdır.

Subartezian quyularının transformatorları, nasosları təmir olunaraq quraşdırılmışdır. Nasos stansiyalarının binaları, binanın daxilindəki elektrik avadanlıqları və yardımçı binalar yenidən qurularaq müasir görkəmə salınmışdır. Kollektiv bundan sonra daha böyük şövqlə çalışaraq, nailiyyətlərinin sırasını artırmaq əzmindədir.

 

Təhsilin inkişafına qayğı göstərilir

 

Arxada qalan 2014-cü il, Anar Mailovun rəhbərlik etdiyi Goranboy rayon təhsil sistemi üçün uğurlu göstəricilərlə yaddaqalan olmuşdur. Ötən il Goranboy rayonunun ümumtəhsil məktəblərini bitirən 964 məzundan 627-si ali məktəblərə sənəd vermiş, onlardan 288 nəfəri tələbə adını qazanmışdır. Eyni zamanda, 66 şagird orta ixtisas məktəblərinə daxil olmuşdur. 600 baldan yuxarı nəticə göstərənlər 13 nəfər, 500-600 bal intervalında nəticə göstərənlər isə 23 nəfər olmuşdur.

Rayonda ən yüksək nəticəni Goranboy şəhər 2 saylı tam orta məktəbin məzunu Mustafayeva Səbinə Sərvər qızı göstərmişdir. O, 692 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olmuşdur.

04 sentyabr 2014-cü il tarixdə ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə «Xan» şadlıq sarayında görüş keçirilmişdir. Görüşdə Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev onları təbrik etmiş, qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Tələbələr üçün şirniyyat süfrəsi və konsert proqrammı təşkil olunmuşdur.

2014-2015-ci dərs ilinin başlanğıcında daha dəqiq desək, 13 sentyabr 2014-cü il tarixdə 180 şagird yerlik Xınalı kənd tam orta məktəbinin, 180 şagird yerlik Qarasuçu kənd tam orta məktəbinin açılışı olmuşdur. 15 sentyabr - «Bilik günü»ndə Goran qəsəbəsində 180 şagird yerlik Goran qəsəbə ümumi orta məktəbi istifadəyə verilmişdir.

2014-cü ilin son akkordları da Goranboy təhsili üçün töhfələrlə yadda qaldı. Dekabrın 8-də Goranboy rayonunda yeni inşa edilmiş 180 şagird yerlik Yenikənd kənd tam orta məktəbin açılışı oldu. Goranboy RİH-nin başçısı N.Quliyev çıxış edərək, tədbir iştirakçılarını təbrik etdi.

Heydər Əliyev Fondunun «Məktəbəqədər təhsil müəssisəsinin inkişafı» proqramının təqdimatı ilə əlaqədar olaraq, Goranboy rayonunda məktəbəqədər təhsil müəssisələrinə diqqət artırılmışdır. 8 dekabr 2014-cü il tarixdə Xınalı kənd uşaq bağçasının açılışı olmuşdur. Daha əvvəl Qarabağlı kənd və Qızılhacılı qəsəbə 2 saylı uşaq bağçaları əsaslı təmir edilmişdir.

 

Əhaliyə səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır

 

Milli səhiyyəmizin sürətli inkişafı, onun maddi-texniki bağazısının daha da möhkəmləndirilməsi ilə bağlı layihələr, Goranboy rayonunda da bir sıra yeniliklər yaratmışdır.

Rayonda fəaliyyət göstərən 3 xəstəxana, 20 həkim məntəqəsi və 40 tibb məntəqəsində 155 həkim, 485 orta tibb işçisi çalışır. Xəstəxana və tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, xəstələrin dərmanla təminatı, xüsusilə imtiyaz qrupuna daxil olan xəstələrə dərman verilməsi diqqət mərkəzində saxlanılır.

Ötən il mərkəzi xəstəxana və həkim-tibb məntəqələri əsaslı təmir olunmuş, müasir müayinə və rentgen aparatları, tibbi inventar və avadanlıqlar alınmışdır.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov respublika Səhiyyə Nazirliyindən, Goranboy Rayon İcra Hakimiyyətindən razılıq edir və bildirir ki, səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni inventar və avadanlıq alınması ilə bağlı nə vaxt müraciət etmişiksə, dərhal müsbət həllini tapıb.

Goranboyun tibb işçiləri hər şeydən əvvəl ona nail olmağa çalışırlar ki, milli səhiyyəmizə göstərilən yüksək dövlət qayğısına cavab olaraq əhaliyə daha keyfiyyətli, çevik və sistemli xidmət göstərsinlər. Bir sıra xəstəliklərin profilaktikası, xüsusilə ucqar yaşayış məntəqələrində səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi ayrıca nəzarətdə saxlanılır.

Hazırda qışın oğlan çağı olsa da, Goranboyun səhiyyə müəssisələrində heç bir çətinlik yoxdur. Çünki hələ yay aylarında payız-qış mövsümünə ciddi hazırlıq görülmüşdür. Səhiyyə müəssisələrinə fasiləsiz qaz və elektrik enerjisinin verilməsi tam təmin olunmuşdur. Təbii qazın olmadığı məntəqələrdə isə kifayət qədər odun ehtiyatı yaradılmışdır.

Bu gün Goranboy səhiyyə sistemində sağlam mənəvi-psixoloji mühit mövcuddur. Şübhə yoxdur ki, goranboylu tibb işçiləri bundan sonra da ölkə Prezidentinin gündəlik diqqət və qayğısına əməli işlə cavab vermək, nəzərdə tutulan islahatları uğurla həyata keçirmək, əhaliyə səhiyyə xidmətini daha da yüksəltmək üçün səy və bacarıqlarını əsirgəməyəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi xəstəxana tərəfindən fevral ayının 17-dən may ayının 1-dək olan dövrdə əhalinin kütləvi profilaktiki tibbi müayinəsi keçirilmişdir. Tibbi müayinəyə 65578 nəfər cəlb olunmuş, 1329 nəfər xəstə aşkarlanmış, 406 nəfər rayon mərkəzi, Dəliməmmədli şəhər xəstəxanalarına stasionar müalicəyə cəlb olunmuş, 102 nəfər Bakı şəhərinin klinikalarına göndərilmişdir. Bu kimi tədbir əhali tərəfindən möhtərəm Prezidentimizə minnətdarlıqla qiymətləndirilmiş və rəğbətlə qarşılanmışdır.

 

 

Əhalinin asudə vaxtının səmərəli təşkilində mədəniyyət müəssisələrinin rolu artırılır

 

Mədəniyyət müəssisələrinin maddi bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sistemində bərpa işləri aparılmış, Hazırəhmədli kənd mədəniyyət evi əsaslı təmir edilmişdir. Tarix-Diyarşünaslıq Muzeyi Heydər Əliyev Mərkəzinin köhnə binasına köçürülmüş, bu məqsədlə binada 105 kv.metr sahəsi olan yardımçı otaqlar tikilmişdir.Gündüz Hacıyevin rəhbərlik etdiyi

Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsi bütün mövcud potensialı hərəkətə gətirmək, əhalinin asudə vaxtının səmərəli təşkilində mədəniyyət müəssisələrinin rolunu artırmaq, Azərbaycanın qədim xalq sənətkarlığının, adət və ənənələrinin yaradılması və təbliğinin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edir. Qızılhacılı qəsəbə və Gürzallar kənd mədəniyyət evləri nəzdində fəaliyyət göstərən «Xalçaçılıq» dərnəyinin üzvlərinin əl işləri ilə xalçalar Bakı şəhərində keçirilən respublika sərgi-müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin Diplomuna layiq görülmüşdür. 2 Goranboy xalçası isə 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş, beynəlxalq sərgidə nümayiş etdirilmişdir.

Ağamalıoğlu kənd sakini Ədibə Mustafayevanın rəhbərliyi altında qadınlardan ibarət yaradılmış Folklor qrupu artıq geniş şöhrət qazanmışdır. Mədəniyyət Evi nəzdində yaradılmış «Çövkən» komandası Prezident Kuboku uğrunda Şəki şəhərində keçirilən Milli Atüstü oyunlarda uğurla çıxış edir.

İstedadlı gənclərin müəyyən edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi Mədəniyyət və Turizm Şöbəsinin diqqətmərkəzindədir. Bu məqsədlə il ərzində muğam, bədii qiraət, əl işlərindən ibarət müsabiqələr keçirilmiş, qaliblər müəyyən edilərək onların respublika müsabiqələrində iştirakları edilmişdir.

Əhalinin asudə vaxtının təşkili istiqamətində də tədbirlər davam etdirilmişdir. İlboyu Goranboy şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında, meydanda, iri yaşayış məntəqələrində, eyni zamanda «Gülüstan» İstirahət Mərkəzində konsert-tamaşalar təşkil etmişdir.

Rayon ərazisindəki tarixi abidələr mühafizə edilir, öyrənilir. 2014-cü ildə Rəhimli türbələr kompleksi və Meşəli Alban məbədi əsaslı təmir edilmişdir. Turizmin inkişafı sahəsində də işlər davam etdirilməkdədir. Tikilmiş yeni otellərin, yaradılmış şəraitin nəticəsidir ki, son illər rayonun turizm istirahət mərkəzlərindən istifadə edənlərin sayı xeyli dərəcədə artmışdır.

 

***

 

Ümid etməyə dəyər ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi yeni hədəflər - Azərbaycanın inkişaf etmiş ölkələrin sırasına qoşulması və bütün sosial problemlərin həllinə nail olunması kimi məqsədlər tam gerçəkləşəcək. Ölkənin hər yerində, o cümlədən hörmətli Nizaməddin Quliyevin rəhbərlik etdiyi Goranboy rayonunda da vətəndaşlar iqtisadi inkişafdan və həyata keçirilən sosial proqramlardan yararlanacaqlar.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024