Aktual (Bu gün, 13:04)
İlhamə Abdullayevanın başı üzərində qara kabus!

Reportyor.info xəbər verir ki, əgər İlhamə Abdullayeva bu olaya qədər vəzifəsində uzun müddət qalacağını ən müxtəlif yollarla təmin etmişdisə, artıq onun idarə müdiri kimi karyerasını davam etdirəcəyinə zəmanət yoxdur.
Məlumat üçün deyək ki, ötən ay Maliyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilir ki, aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, qruplarda komplektləşdirmənin aparılmasında, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib.
İlhamə Abdullayevanın fəaliyyəti elə ilk vaxtlardan narazılığa səbəb olmuşdu. Hər halda, mediada Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə bağlı yer ala tənqidi materiallar belə deməyə əsas verir.
Bir müddət əvvəl isə idarə müdirinin övladına dəbdəbəli toy etməsi barədə məlumat yayılmışdı.
Reportyor.info-nun araşdırması nəticəsində məlumatların yalan olmadığı üzə çıxmışdı.
Məlum olmuşdu ki, doğrudan da İlhamə Abdullayeva övladına Bakının ən dəbdəbəli restoranlarından olan “Elite Event Hall”da toy edib. Övladının cehizini isə İsveçərədən alıb.
Bu hadisədən sonra İlhamə Abdullayevanın fəaliyyətinin araşdırılacağı gözlənilirdi. Nəhayət, bu baş verdi və göründüyü kimi, yoxlama zamanı nöqsanlar aşkarlandı.
İlhamə Abdullayevanın Bakıda biznes obyektlərinin olması barədə də iddialar var. İdarə müdiri bu iddialara münasibət bildirmədiyindən deyilənlərin doğru olmasına şübhə yeri qalmır.
İlhamə Abdullayevanın iş adamı Xəlil Göyüşov tərəfindən himayə olunduğu da bildirilir. Xəlil Göyüşov “Körpü-Bina-Tikinti” şirkətinin sahibidir. Bu şirkət ölkədə iri infrastruktur layihələrin icrasında iştirak edir. Xəlil Göyüşov ötən ilin oktyabrında gündəmə gəlmişdi. Həmin vaxt Bakıya yağan yağış nəticəsində Suraxanıdakı tuneldə iki nəfər boğulmuşdu. Həmin tuneli Xəlil Göyüşovun şirkəti inşa edib.
Bu hadisədən sonra Xəlil Göyüşovun da artıq hədəfə gəldiyi bildirilir. Əgər bu iddia doğrudursa, o zaman İlhamə Abdullayevanın yaxın vaxtlarda vəzifəsinə əlvida deyəcəyini gözləmək olar

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025