--- (Bu gün, 10:24)
“EDUNSTAZ” MÜƏLLİMLƏRİ FAİZLƏ ÇALIŞDIRIR, ƏMƏK HAQQINI ÖDƏMİR – QANUN HARADADIR?
Abiturient, lisey,xarici dil və MİQ-ə hazırlaşanlar üçün onlayn dərslər təşkil edən “EDUNSTAZ” adlı tədris platforması ilə bağlı redaksiyamıza daxil olan məlumatlar bir sıra ciddi suallar doğurur. Adının açıqlanmasını istəməyən müəllim iddia edir ki, ona məxsus 302,50 manat əmək haqqı ödənilməyib və ödənişdən dolayısı ilə imtina edilib. Məsələyə aydınlıq gətirmək üçün təşkilatın direktoru Günel Sultanlı ilə əlaqə saxlanılıb.Direktorun sözlərinə görə, müəllim kursun tələbələrini özünə cəlb etməyə çalışıb və buna görə tərəflər arasında narazılıq yaranıb. O həmçinin bildirib ki, müəllimlə əmək müqaviləsi deyil, xidmət müqaviləsi mövcud olub və ödəniş əmək haqqı formasında deyil, faiz prinsipi ilə həyata keçirilib. Lakin burada əsas sual dəyişmir: əgər müəllim müəyyən qrafik üzrə davamlı şəkildə dərs keçirirsə, bu münasibət hüquqi baxımdan əmək münasibəti sayılmırmı?
Azərbaycan qanunvericiliyinə əsasən, işçi ilə işəgötürən arasında davamlı iş fəaliyyəti mövcuddursa, əmək müqaviləsinin bağlanması məcburidir. Sadəcə “xidmət müqaviləsi” adı altında fəaliyyət göstərmək işəgötürəni əmək münasibətlərindən irəli gələn öhdəliklərdən azad etmir. Vergi ödəyicisi olmaq da əmək müqaviləsi olmadan şəxsləri işə cəlb etmək üçün hüquqi əsas yaratmır.
Mediatv.az xəbər verir ki, şikayətçinin iddiasına görə, ödənişlər “card to card” üsulu ilə həyata keçirilib. Əgər bu iddia doğrudursa, ortaya əlavə suallar çıxır: müəllimlərə ödənilən vəsait rəsmi uçota düşürmü? Kursa cəlb edilən tələbələrin ödədiyi vəsaitlərdən qanunvericiliyə uyğun vergi tutulurmu? Maliyyə dövriyyəsinin şəffaf aparılması həm müəllimlərin, həm də xidmət alan vətəndaşların hüquqlarının qorunması baxımından vacibdir.Ekspertlər qeyd edir ki, təhsil sahəsində fəaliyyət göstərən özəl qurumlar son illər sürətlə artsa da, bir çox hallarda əmək münasibətlərinin düzgün rəsmiləşdirilməməsi problemlərə səbəb olur. Müəllimlər sosial sığortadan və əmək hüquqlarından məhrum qalır, mübahisəli hallarda isə hüquqi müdafiə imkanları zəifləyir. Bu faktlar fonunda belə suallar açıq qalır: “EDUNSTAZ”da çalışan bütün müəllimlərlə münasibətlər hansı hüquqi əsaslarla tənzimlənir? Ödəniş mexanizmi və vergi hesabatlığı qanunvericiliyə tam uyğun aparılırmı? Nəhayət, rəqəmsal təhsil platformalarında çalışan müəllimlərin hüquqları kim tərəfindən və necə qorunur?
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparması və ictimaiyyətin suallarına aydın cavab verilməsi zəruri görünür. Çünki təhsil sahəsində şəffaflıq yalnız tələbələrin deyil, həmin sistemi ayaqda saxlayan müəllimlərin də hüquqlarının təmin olunması ilə mümkündür.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026

























