Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (14-09-2021, 17:54)
Valideynlər üçün qurulan PUL TƏLƏSİ: - "Bu səbəbdən özəl məktəblərdən kifayət qədər şagird ayrıldı"

Valideynlər üçün qurulan PUL TƏLƏSİ:
“Özəl məktəblər yaranmış qarışıq vəziyyətdən istifadə edərək valideynlərin təhsil haqqını ödənməsində maraqlı idilər”.

Bu sözləri 1 Sentyabr tarixində açılan özəl məktəblərin üç gün sonra bağlanaraq distant tədrisə keçidinə və təhsil nazirinin brifinqdəki son çıxışından sonra ənənəvi tədrisi yenidən bərpa etməsi ilə bağlı vəziyyəti şərh edən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert hesab edir ki, valideynlərin distant tədris zamanı illik təhsil haqqını ödəməkdə maraqlı olmaması özəl məktəbləri narahat məqam idi. Ona görə də rəsmi qərarı gözləmədən ənənəvi tədrisə keçməklə təhsil haqqının ödənməsinə şərait yaratmaq istəyirdilər:

“Təhsil nazirinin son çıxışına kimi hər kəs yeni tədris ilinin onlayn formada davam edəcəyini gözləyirdi. Keçən tədris ilində məktəblərdə dərslərin ənənəvi formasına keçilməsinə cəhd olunsa da, tədris ilinin ikinci yarım illiyində bunu tam olaraq tətbiq etmək mümkün olmadı. Bu il 2021-2022 tədris ilinin başlamasına qısa müddət qalmasına baxmayaraq, Təhsil Nazirliyi tərəfindən heç bir rəsmi açıqlama olmamışdı.

Özəl məktəblər bu qərarsız vəziyyətdən istifadə etməklə, bir an öncə ənənəvi təhsilin başladığını valideynlərə bildirərək təhsil haqqının ödənməsində maraqlı idilər. Çünki pandemiya dövründə dərslər onlayn olduğu üçün valideynlər kifayət qədər çox olan bu məbləği distant təhsil üçün ödəmək istəmirdi və bu səbəbdən özəl məktəblərdən kifayət qədər şagird ayrılaraq repetitor hazırlığına başlamışdı. Əgər məktəblərdə dərslərin təşkili keçən ilki qaydada, partada bir şagird oturmaq şərti ilə dərslər növbəli şəkildə aparılmasa, qısa zaman sonra yenidən dərslərə onlayn davam edəcək”.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024