Rusiyada sentyabrın 1-də dərs ili əyani formatda başlanacaq. Bu barədə Rusiyanın Maarif naziri Sergey Kravtsov jurnalistlərə məlumat verib. Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu vurğulayıb. S.Kravtsov əlavə edib ki, hər region epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır. Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin də əleyhinə çıxıb. Bəs, Azərbaycanda bu il orta məktəblərdə tədrisi əyani qaydada başlamaq mümkün olacaqmı?
Ənənəvi təhsilə başlamağın vacib olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında deyib ki, onlayn-distant qaydada dərsdə keyfiyyət və nəticə yoxdur:
"Xüsusi ilə ibtidai sinif şagirdləri arasında oxuma və yazma bacarıqları ciddi şəkildə aşağı düşüb, şagirdlərin fiziki inkişafında ciddi qüsurlar ortaya çıxıb. Şagirdlərin hamısının kompüter, telefonunun olmaması, internet çatışmazlığı, texniki və təbiət fənlərinin onlayn-distant qaydada tədrisində yaranan problemlər səbəbindən bu formada təhsilin tədrisi məsləhət görülmür. Digər tərəfdən pandemiya dövründə təhsilin ənənəvi qaydada bərpası iki dəfə baş verib. Belə ki, 2020-ci il 15 sentyabr və 2021-ci il 1 fevraldan biz ənənəvi tədrisi bərpa etmişik. Nəzərə alsaq ki, o tarixlərdə ölkədə vaksinasiya prosesi yox idi və insanlar pandemiya dövründə yaşama qaydalarına tam öyrəşməmişdi, indi isə vaksinasiya olunan insanlar kifayət qədərdir və biz pandemiya dövrünün qaydalarına riayət etməklə yaşamağı öyrənmişik. Bütün bunlar 2021-ci ilin sentyabrında tədrisin ənənəvi qaydada təşkil edilməsinə əsas verir".
Ekspert onu da qeyd edib ki, ölkəmizdə bu günə olan rəqəmlərə görə, 6 milyon nəfərə yaxın insan vaksinasiya olunub: "Hətta təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb, avadanlıqlar quraşdırılıb. İnsanlar pandemiya dövründə yaşama vərdişlərinə yiyələnib. Hesab edirəm ki, kütləvi tədbirlər keçirilirsə, restoranlarda günün istənilən vaxtında oturmağa yer tapılmırsa, məktəblərin ənənəvi tədrisə qayıtmasında da heç bir problem olmamalıdır. Məktəblərdə iki və ya üç növbəli təhsilin verilməsi də planlaşdırıla bilər".
Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında vurğulayıb ki, böyük ehtimalla dərslər ənənəvi qaydada ibtidai siniflərdə başlayacaq, ancaq yuxarı siniflərdə isə tədrisə tədricən ənənəvi qaydada keçid ola bilər:
"Fikrimcə, bütün təhsil pilləsi üzrə dərsləri ənənəvi qaydada başlatmaq daha məqsədəuyğundur. Çünki şagirdlərin ümumi qiymət göstəriciləri bu il üçün ürəkaçan deyil, bunun da başlıca səbəbi distant formalı təhsildir. Nəzərə alsaq ki, ölkədə kifayət qədər təhsil işçiləri, yaşı 18 üzərində olan şəxslər vaksinasiya olunub. O zaman açıq demək mümkündür ki, dərsləri distant yox, ənənəvi qaydada başlatmaq olar. Hazırda ölkəmizdə vaksinasiya prosesi də davam etdirilir. Bu proses sentyabrın 15-nə qədər ən azı bir milyon vətəndaşı əhatə etsə, dərslərin ənənəvi qaydada başlaması üçün hər hansı bir maneə görmürəm".
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024