Təhsil (4-09-2020, 09:13)
Məsafədən təhsil ödənişi aşağı salacaqmı? - AKTUAL
Koronavirus pandemiyası dövründə ali məktəblərdə təhsilin onlayn həyata keçirilməsi nəzərdə tutulsa da, heç bir təhsil müəssisəsi təhsil haqlarına güzəşt tətbiq etmək istəmir.
Bu məsələyə narazılıq bildirən tələbələr sosial şəbəkələrdə distant təhsilin əyani təhsillə müqayisədə keyfiyyətcə aşağı olduğunu, bu səbəbdən də təhsil haqlarında güzəşt edilməli olduğunu bildirirlər. Sputnik Azərbaycan bu tədris ili onlayn təhsilin ali məktəblərdə təhsil haqlarına necə təsir edəcəyini araşdırıb.
Azəbaycan Universitetinin tələbələri Sputnik Azərbaycan-a bildiriblər ki, universitet təhsil haqlarına heç bir güzəşt etməyib: “Bizim universitetdə təhsil haqları 2000 manatdan 3000 manata qədər dəyişir. Amma bizə bu il təhsil distant olduğu üçün təhsil haqlarında endirim ediləcəyi barədə heç bir söz deyilməyib. Amma tələbələr təhsil haqlarında endirim tələb edirlər”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil forması dəyişsə də, ali məktəblər müəllimlərə əmək haqqı verir. Ona görə də bu yükü dövlət ali təhsil müəssisələri çəkə bilsə də, özəl təhsil müəssisələri üçün çətin olar:
“Özəl ali təhsil müəssisələri bunu edə bilməzlər. Çünki gəlirləri ancaq təhsil haqqından formalaşır. Onların başqa yerdən gəliri yoxdur. Onun da çox hissəsi müəllimlərin əmək haqqına gedir. Amma ali təhsil müəssisələri faizlərlə təhsil haqqına endirim edə bilərlər. Bu güzəşt isə çox ola bilməz. Nəzərə alaq ki, bunun üçün ilk addımı dövlət təhsil müəssisələri atmalıdır. Bu zaman özəl ali təhsil müəssisəsələri də təhsil haqlarına, bəlkə, endirim edə bilərlər”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələri distant təhsilə keçiddən sonra distant təhsil ənənəvi təhsildən ucuz başa gəlir: “Pandemiya dövründə tələbələr, müəllimlər auditoriyaya yığışmırlar. Ali məktəb üçün paradoks ondan ibarətdir ki, müəllimlərin əmək haqqı təhsil haqqından verilir. Yəni tələbələr təhsil haqqını ödəməsələr, müəllimlər əmək haqqı ala bilməyəcəklər. Nəzərə almaq lazımdır ki, pandemiya heç kəsdən asılı olan məsələ deyil. Ona görə də burada məcburiyyət ola bilməz. Təhsil müəssisələri təhsil haqqında endirimlə bağlı özləri qərar qəbul etməlidirlər. Təcrübə göstərdi ki, tələbələrin təhsil haqqını hissə-hissə ödəməsi də müəllimlərin maaşlarının gecikməsinə səbəb oldu. Bununla belə, təhsil haqlarında 20-30 faiz güzəşt etmək olar”.
Özəl ali təhsil müəssisələri isə təhsil haqlarında güzəştlə bağlı sualımızı çox aqressiv qarşıladılar. “Xəzər Universiteti”nin qəbul şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, təhsil haqlarında güzəşt üçün mütləq bir səbəb olmalıdır. Pandemiya isə səbəb deyil: “Biz təhsil haqlarına tələbələrə topladığı bala görə güzəşt edirik. Bundan başqa güzəştdən söhbət gedə bilməz!”
Azərbaycan Universitetindən də təhsil haqlarında endirimin nəzərdə tutulmadığını söylədilər. Əlaqə saxladığımız digər universitetlərdən isə sualımızı eşidən kimi dərhal dəstəyi asdılar. Apardığımız kiçik araşdırmadan belə məlum oldu ki, özəl ali təhsil müəssisələri onlayn təhsil formasına keçmə səbəbindən təhsil haqlarında endirim etməyi nəinki düşünür, heç ağıllarından belə keçirtmirlər...
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar mart ayından ölkədə tədris prosesi tamamilə dayandırılıb. Yeni tədris ilindən isə ali təhsil müəssisələrində dərslər məsafədən təşkil olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl bir qrup valideyn təhsil haqlarında endirim tələbi ilə Təhsil Nazirliyinə müraciət ünvanlamışdı. Onların arasında övladları özəl orta və ali təhsil müəssisələrində təhsil alan valdeynlər vardı. Onu da xatırladaq ki, özəl orta təhsil müəssisələri də təhsil haqlarında heç bir güzəşt etmir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024