Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (19-01-2021, 16:55)
Orta və ali məktəblərdə ənənəvi tədris nə vaxt bərpa olunacaq? – Ekspertdən PROQNOZ


Orta və ali məktəblərdə ənənəvi tədris nə vaxt bərpa olunacaq?
“Mövcud şəraitdə ibtidai siniflərlə buraxılış imtahanı verəcək 9 və 11-ci siniflərin ənənəvi qaydada tədrisə başlaması mümkündür”.

Bunu yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə mövcud şəraitdə tədris prosesi ilə bağlı qəbul ediləcək mümkün qərarları dəyərləndirən ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, brifinqdə, əsasən, dərslərin ənənəvi qaydada başlanması ilə bağlı müəyyən qərarların elan ediləcəyi gözlənilir:

“Fevral ayından etibarən, müəyyən yaş qrupları və daha vacib siniflər üzrə dərslərin başlanması məqsədəuyğun ola bilər. Yəni ibtidai siniflərlə buraxılış imtahanı verəcək 9 və 11-ci siniflərin ənənəvi qaydada tədrisə başlaması doğru addım olar.

Çünki bu yaş qrupları üzrə ənənəvi dərslərin keçirilməsinə ehtiyac var. Həmçinin Təhsil Nazirliyi ilə bağlantısı olmasa da, kursların və repetitorların fəaliyyəti ilə bağlı müəyyən addımların atılması tövsiyə olunur.

Nəzərə alınmalıdır ki, liseylərə hazırlaşan, imtahan verəcək 9 və 11-ci sinif şagirdlərinin yüksək nəticələr əldə etməsi üçün əyani hazırlıq keçmələri olduqca vacibdir. Çox güman ki, ənənəvi tədrisə mərhələli qaydada keçilməsi məqbul sayılacaq.

Əldə etdiyim məlumata görə, artıq bəzi məktəblərə izolyasiya qaydalarına əməl olunması ilə bağlı tapşırıqlar verilib. Bu, dərslərin ənənəvi qaydada başlayacağına əsas verə bilər”.

Ali məktəblərlə bağlı vəziyyətə də toxunan Elçin Əfəndi hesab edir ki, yaz fəslinə keçid dövründə II, III və IV kurs tələbələrinin ənənəvi qaydada dərsə başlamaları arzuolunandır:

“Fevralın 16-dan sonra I kurslar, eyni zamanda, təcrübə baxımından daha çox vacib olan ixtisaslarda laboratiya və texniki fənlər üzrə dərslərin başlaması mümkün ola bilər.

Bu istiqamətdə müvafiq qərarın verilməsi vacibdir. Mövcud durumda nəzərə almaq lazımdır ki, distant təhsildən birdəfəlik imtina etmək doğru olmaz. Ola bilər ki, kimlərsə dərslərə ənənəvi deyil, distant şəkildə qoşulmağa üstünlük verir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 03 2021 23:56
8 03 2021 23:34
8 03 2021 23:12
8 03 2021 23:08
8 03 2021 20:56
8 03 2021 20:12
8 03 2021 19:30
8 03 2021 19:12
8 03 2021 18:29
8 03 2021 18:12
8 03 2021 18:12
8 03 2021 17:53
8 03 2021 17:30
8 03 2021 17:12
8 03 2021 17:00
8 03 2021 16:30
8 03 2021 16:17
8 03 2021 16:00
8 03 2021 15:48
8 03 2021 15:33
8 03 2021 15:17
8 03 2021 15:02
8 03 2021 14:51
8 03 2021 14:33
8 03 2021 14:16
8 03 2021 14:00
8 03 2021 13:44
8 03 2021 13:27
8 03 2021 13:18
8 03 2021 13:04

{sape_links}{sape_article}