Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-10-2021, 09:50)
Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ

 




Ötən həftə Qax rayonu Qum kəndində Şəhid Fərid Ramazanovun məzarı önünə toplaşan məktəbliləri oradan uzaqlaşdıran və Şəhidin anım gününü keçirməyə izn verməyən Qum Bələdiyyəsinin sədri Fərid Həşimovun qanunsuz fəaliyyəti ilə bağlı xəbər dərc etmişdik. – http://qax.org.az/?p=13576

Bundan sonra əl-ayağa düşən bələdiyyə sədri bəzi sayt və səhifələrdə özünə bəy tərifi yağdıran yazı və paylaşımlar etdirmişdi.

Bu azmış kimi özlərini Yeni İctimai Nəzarət Şurasının üzvləri adlandıran, əslində isə heç bir dövlət qeydiyyatı olmayan və üzvlərinin əksəriyyətinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar zamanı saxlanılan qurum üzvləri Qum kəndinə gələrək, guya “hadisəni yerində araşdırır”, əslində isə bələdiyyə sədri Fərid Həşimovu haqlı, Şəhid ailəsini haqsız çıxarıb geri qayıdırlar. Bu gerçəklik Yeni İctimai Nəzarət Şurasının Qax rayon şöbəsinin sədri kimi təqdim edilən Turqut Əhmədovun paylaşdığı video görüntülərdə də açıq-aydın görünür. Həmin görüntülərdə bələdiyyə sədrinə “şər-böhtan atıldığı” bildirilir və Şəhid ailəsinə tezliklə torpaq veriləcəyi qeyd olunur.

https://www.facebook.com/qax.org.az/videos/238474304986067

Halbuki, Şəhid ailəsi sadəcə anım gününə maneçilik edilməsi barədə etirazını bildirmişdi. Qax rayon İcra Hakimiyyəti və Qum Bələdiyyəsi bunu “Şəhid ailəsinə torpaq verilməsi” kimi təqdim etməklə, öz əməllərinə fərqli don geyindirməyə çalışırlar.

Bu barədə Şəhid Fərid Ramazanovun ailə üzvləri – qardaşı, bacısı və digər yaxınları sosial şəbəkələrdə açıq şəkildə yazıblar. Sitat: “Burada Şəhid ailəsi nə torpaq, nə də ev davası eləmir. Şəhid ailəsi yalnız və yalnız Şəhidin dəfn olunduğu gündən bu yana – 27 Sentyabr və Şəhidimizin ildönümü günü də daxil olmaqla, edilən hörmətsizlikdən və haqsızlıqdan danışıb. Ancaq çox təəssüf ki, kəndin bələdiyyəsi, icra hakimiyyəti hər sözə bir yalan uydurub Şəhid ailəsini yalançı çıxardır” – Şəhid Fərid Ramazanovun qardaşı Bünyad Ramazanov bildirib.

Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...

Göründüyü kimi, Qax rayonunda Şəhid və Qazi ailələrinə hörmətsizlik və diqqətsizlik davam etməkdədir. Qax.org.az olaraq, bu məsələni hər dəfə işıqlandıranda İcra Hakimiyyətinin və “deputat”ın trolları üstümüzə düşüb bizi günahkar çıxarmağa çalışır.

Utanın, cənablar! Əgər utanan üznüz varsa… Utanın!

Qax.org.az

Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Qaxda Şəhid Ailəsi HAQSIZLIQLA ÜZ-ÜZƏ...
шаблоны для dle 11.2

Xəbər lenti
1 12 2021 17:01
1 12 2021 16:50
1 12 2021 16:42
1 12 2021 16:36
1 12 2021 16:16
1 12 2021 16:05
1 12 2021 16:00
1 12 2021 15:44
1 12 2021 15:31
1 12 2021 15:10
1 12 2021 14:53
1 12 2021 14:40
1 12 2021 14:32
1 12 2021 14:25
1 12 2021 14:08
1 12 2021 14:00
1 12 2021 13:50
1 12 2021 13:36
1 12 2021 13:27
1 12 2021 13:13
1 12 2021 13:03
1 12 2021 12:55
1 12 2021 12:42
1 12 2021 12:30
1 12 2021 12:20
1 12 2021 12:05
1 12 2021 11:54
1 12 2021 11:41
1 12 2021 11:29
1 12 2021 11:17