Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (21-01-2021, 15:12)
SDU dövlətin qanunlarını tanımır?.

SDU dövlətin qanunlarını tanımır?..
“11 yanvardan ali və orta təhsil müəssisələrində imtahan sessiyası başlayıb. İmtahanlar mövcud şərait daxilində yaxşı təşkil olunub, amma problem hazırda təhsil haqqı ilə bağlıdır”.

Cebhe.info-nun xəbərinə görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib:

“Bilirik ki, pandemiya səbəbindən çox sayda insan iş yerini itirib, gəlirləri ciddi şəkildə aşağı düşüb. Lakin bu şəxslərin ailə üzvləri təhsi alır. Düzdür, cənab Prezident sosial cəhətdən həssas ailə kateqoriyasına aid olanların təhsil haqqını ödəmək üçün 40 milyon manat vəsait ayırmışdı və bu vəsaitdən 20 minə yaxın tələbənin 2020-ci ilin II (yaz) semester və I semester (payız) semesterin təhsil haqqı ödəndi. Bu kateqoriyaya aid olmayanlar isə kənarda qaldı. İndi vəziyyət daha açınacaqlıdır”.

Kamran Əsədov bildirib ki, ali və orta təhsil müəssisələri tələbələrdən təhsil haqlarını ödəməyi tələb edirlər, əks halda onları imtahana buraxmayacaqlarını bildirirlər:

“Xüsusi ilə Azərbaycan Texniki Universitet, Sumqayıt Dövlət Universitetindən bu tipli çoxsaylı şikayətlər daxil olur ki, tələbə təhsil haqqını tam şəkildə ödəməsə, imtahanlara buraxılmır. Bəli, universitetlər təhsil haqqını tələb etməkdə hüquqi olaraq haqlıdırlar, amma mövcud vəziyyəti nəzərə almaq lazımdır. Hörmətli rektorlar, prorektorlar, dekanlar, vallah, insanlar bu pulu ödəyəcəklər, indiyə qədər ödədiklərini görmüsünüz. Ancaq indi iş yerlərini, gəlirini itirənlər var. Anlayış göstərin, o tələbələri imtahana buraxın”.

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov dünən ödənişli təhsillə bağlı bəzi rəqəmləri açıqlayıb:

“2020-2021-ci tədris ilinin tələbə qəbulu üzrə proqnoz yerlərinin 45,2 % dövlət sifarişi təşkil edib. Cari tədris ilində qəbul olunan tələbələrin 50,1%, yəni hər iki tələbədən biri dövlət sifarişi ilə təhsil almaq şansını qazanıb.

2018-2019-cu tədris ilinə nisbətən 2019-2020-cu tədris ilində dövlət sifarişli yerlər 66,1%, yəni 12.324 yerdən 20.474-dək artıb. 2019-2020-ci tədris ilinə nisbətən 2020-2021-ci tədris ilində dövlət sifarişli yerlərin sayı 10,8 faiz artaraq 22.681 yer təşkil edib”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 02 2021 10:12
28 02 2021 09:49
28 02 2021 09:12
27 02 2021 23:30
27 02 2021 23:12
27 02 2021 23:05
27 02 2021 20:41
27 02 2021 20:41
27 02 2021 20:41
27 02 2021 20:20
27 02 2021 20:07
27 02 2021 19:50
27 02 2021 19:30
27 02 2021 19:20
27 02 2021 18:57
27 02 2021 18:45
27 02 2021 18:30
27 02 2021 18:15
27 02 2021 17:55
27 02 2021 17:21
27 02 2021 17:00
27 02 2021 16:27
27 02 2021 16:12
27 02 2021 15:56
27 02 2021 15:43
27 02 2021 15:12
27 02 2021 14:58
27 02 2021 14:39
27 02 2021 14:22
27 02 2021 14:10

{sape_links}{sape_article}