Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-01-2021, 21:40)
Ceyhun Bayramov İmran Xan ilə görüşdü

 Bu gün  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində Pakistanın Baş naziri cənab İmran Xan ilə görüşü baş tutub.
XİN-dən bildirilib ki, Baş nazir İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Prezidenti İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş etdi. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir, bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirdi.
Nazir Ceyhun Bayramov xoş qəbula və yüksək səviyyədə təşkil edilən ikitərəfli və çoxtərəfli görüşlərə görə təşəkkürünü bildirdi və Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin salamlarını və səmimi arzularını Baş nazirin diqqətinə çatdırdı. O, həmçinin Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə bağlı Pakistan Baş nazirinin təbriklərinə görə minnətdarlığını ifadə etdi. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirdi və təşəkkürünü bildirdi.
Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi, bununla yanaşı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğuladı.
Həmçinin Pakistan Baş nazirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən işlər, o cümlədən bu ərazilərdə həyata keçirilən minalardan təmizləmə işləri, bərpa və quruculuq fəaliyyəti barədə məlumat verdi.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.шаблоны для dle 11.2

Xəbər lenti
28 02 2021 09:49
28 02 2021 09:12
27 02 2021 23:30
27 02 2021 23:12
27 02 2021 23:05
27 02 2021 20:41
27 02 2021 20:41
27 02 2021 20:41
27 02 2021 20:20
27 02 2021 20:07
27 02 2021 19:50
27 02 2021 19:30
27 02 2021 19:20
27 02 2021 18:57
27 02 2021 18:45
27 02 2021 18:30
27 02 2021 18:15
27 02 2021 17:55
27 02 2021 17:21
27 02 2021 17:00
27 02 2021 16:27
27 02 2021 16:12
27 02 2021 15:56
27 02 2021 15:43
27 02 2021 15:12
27 02 2021 14:58
27 02 2021 14:39
27 02 2021 14:22
27 02 2021 14:10
27 02 2021 13:58

{sape_links}{sape_article}