Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (25-11-2021, 14:42)
Leriklilərin evlərinin altı qazılır: - Əhali təhlükədədir

İqbal Məmmədov yenidən leriklilərin evinin altını qazmağa başladı:
Deputat İqbal Məmmədov bir müddət fasilədən sonra yenidən Lənkəran – Lerik yolunun üstündə yerləşən Piran kəndini məhv etməyə başlayıb.

Piran sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, kəndin ortasından keçən Lənkəran çayının yatağında bu gündən başlayaraq yenidən çınqıl daşınır. Bu isə Piranda bir-neçə evi sürüşmə təhlükəsi ilə üz-üzə qoyub.

Mövcud qanunvericilik çayların yatağının qazılmasını faktiki olaraq qadağan edir. Beləki qanunlar çayların yatağından maksimum 30 sm(0,3 metr) qalınlığında hissənin qazılmasını imkan verdiyi halda, İqbal Məmmədov çayın yatağını 4 metr dərinlikdə qazdırır. Bu isə birbaşa qanun pozuntusu olmaqla bərabər Piran kəndi başda olmaqla onlarla yaşayış məntəqəsi üçün təhlükə (sel, daşqın və s. bu kimi təhlükələr) yaradır.

İqbal Məmmədova məxsus zavod xeyli vaxtdır Lerik – Lənkəran yolu boyunca axan çayın yatağından çınqıl daşıyır. Çay boyunca hansı qanunsuzluqların baş verdiyini dəqiq deyə bilməsək də, çayın Piran kəndindən keçən hissəsində təbiətin vəhşicəsinə məhv edilməsi faktı ortadadır.

Təəssüf ki, İqbal Məmmədovu yaxından tanıyanların onun barəsində dedikləri özünü doğrutdu. Çünki pula görə, deputatın təbiətə vəhşi münasibətini davam etdirəcəyi şübhəsiz idi.

İqbal Məmmədovun merkantil maraqlarına görə məhv etdiyi kənddən görüntüləri təqdim edirik:


шаблоны для dle 11.2

Xəbər lenti
1 12 2021 17:01
1 12 2021 16:50
1 12 2021 16:42
1 12 2021 16:36
1 12 2021 16:16
1 12 2021 16:05
1 12 2021 16:00
1 12 2021 15:44
1 12 2021 15:31
1 12 2021 15:10
1 12 2021 14:53
1 12 2021 14:40
1 12 2021 14:32
1 12 2021 14:25
1 12 2021 14:08
1 12 2021 14:00
1 12 2021 13:50
1 12 2021 13:36
1 12 2021 13:27
1 12 2021 13:13
1 12 2021 13:03
1 12 2021 12:55
1 12 2021 12:42
1 12 2021 12:30
1 12 2021 12:20
1 12 2021 12:05
1 12 2021 11:54
1 12 2021 11:41
1 12 2021 11:29
1 12 2021 11:17