Region / Slayd (10-01-2020, 22:42)
Lerikdə İqbal Məmmədovun namizədliyinə etiraz:
78 saylı Lerik seçki dairəsindən İqbal Məmmədovun namizədliyinin yenidən YAP tərəfindən dəstəklənməsi etirazla qarşılanıb…
AFN xəbər verir ki, dairə ərazisində yaşayan sakinlər deputatın yarıtmaz fəaliyyətindən, eyni zamanda ötən il İ.Məmmədova məxsus olduğu bildirilən “Relax” istirahət mərkəzində baş verən qalmaqaldan sonra onun yenidən Milli Məclisdə onları təmsil etməsini istəmirlər. Bununla bağlı sosial şəbəkələrdə gedən müzakirələrdə fikirlər qeyd edilib. Dairə ərazisində yaşayan seçicilər deputatı seçkidən-seçkiyə gördüklərini bildirirlər. Məsələn, şərhlərin birində yazılır ki, bir vaxtlar Lerik sakinləri hətta İ.Məmmədovu tapmaq üçün hqquq-mühafizə orqanlarına müraciət etmək haqda düşünürmüşlər: “2015-ci il seçkisindən sonra yoxa çıxmışdı. Nə bir görüşə gəlirdi, nə dərdimizə şərik olurdu, nə hansısa problemimizin həllinə çalışırdı. Heç parlamentdə də səsi çıxmırdı. Ona görə yenidən onun namizədliyinin YAP tərəfindən dəstəklənməsi bizim ürəyimizcə deyil. Getsin biznesi ilə məşğul olsun, bizə əsl millət vəkili lazımdır”.
Xatırladaq ki, ötən il həm də deputat İqbal Məmmədova məxsus olduğu bildirilən “Relax” ticarət mərkəzində Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının döyülməsi, o cümlədən İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlının haqqında həbs qətimkan tədbirinin seçilməsilə yadda qaldı. Onu da bildirək ki, deputatın oğlunun və digərlərinin barəsindəki həbs qətimkan qərarının müddəti 2020-ci il martın 15-dək uzadılıb. Onlar vergi yoxlaması üçün gələn vəzifəli şəxsləri və sonradan əraziyə cəlb olunan polis əməkdaşlarını döyməkdə ittiham edilirlər.
Yuxarıda da qeyd edildiyi kimi, İ.Məmmədov bizneslə sıx məşğul olur. Bu vaxta qədər mediada yayılan məlumatları ümumiləşdirsək, onun aşağıdakı siyahıda qeyd olunan biznes obyektlərinə malik olduğunu söyləmək olar:
1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir).
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti).
9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti).
10. Lerik rayonunda donuz ferması.
11. Lerik rayonunda dəvəquşu ferması.
12. “Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).
13. Piran kənində şeben və kərpic fabrikləri.
14. Şüvəlan və Novxanıda villa.
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar…
Qeyd edək ki, İ.Məmmədovun deputatlığa namizədliyi artıq qeydə alınıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024