Təhsil (10-06-2022, 12:50)
“Nazir olaraq ölkədə təhsil keyfiyyətinin yüksək olmasını iddia etməmişəm”

“Mediatv.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, Azərbaycan təhsilində çox ciddi problemlər var. Problemləri həll etmək üçün onların köklərini tapmaq lazımdır: “Bölgələrə baxanda maraqlı şəkil görürük. Məsələn, Qax rayonu, onun yanında olan Oğuz rayonu, məcburi köçkün rayonu - Qubadlı və ya Naxçıvan. Rayonların iqtisadi vəziyyətinə baxımda hamısı aşağı-yuxarı eyni görünür. Lakin nəticələr fərqlidir. Məsələn Qax təhsil baxımından Bakıdan yaxşı nəticə göstərir. O rayonlarda ki, məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi yaxşıdır, orada yüksək nəticə olur. Hansı rayonlarda ki, əhalinin ali təhsilli insanlarının payı və çəkisi yuxarıdır, orada nəticə yüksək olur. Burada bir ənənə məsələsi də var. Məsələn, Sumqayıt şəhərində bir neçə il əvvəl müəllimlərin qeyri-rəsmi sertifikasiyası aparılıb. Həm də bu səbəbdən orada da nəticələr yaxşıdır.
Azərbaycan bir ölkədir, eyni qaydalarla idarə olunur. Lakin fərqlərin olması düşünmək üçün başlanğıc nöqtə olmalıdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025