Dünyada ilk dəfə test üsulu ötən əsrin 69-cu ilində ABŞ-da tətbiq olunub. Orta məktəb məzunlarının bilik səviyyəsini qiymətləndirmək üçün tətbiq edilən bu üsul bir il sonra Türkiyədə sınaqdan keçirilib. Azərbaycan isə 1992-ci ildən əvvəlcə ali, daha sonra orta ixtisas məktəblərinə qəbul zamanı bu üsuldan istifadə etməyə başlayıb.
Buna qədər ölkəmizdə tələbə qəbulu prosesi yalnız abituriyentlərin üz tutduğu təhsil müəssisələrinin özündə aparılıb. Sovetdən qalma bu sistem özünü doğrultmayıb və korrupsiya üçün zəmin yaradıb. Eyni zamanda məzunların seçim imkanı çox az olub.
30 ilə yaxındır ki, Azərbaycanda tələbə qəbulu test üsulu ilə aparılır və əvvəlcə bu prosesin həyata keçirilməsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK), hazırda isə Dövlət İmtahan Mərkəzi (DİM) məsul qurumdur. Bu müddətdə qəbul qaydalarında çoxlu dəyişikliklər olsa da, əksər ekspertlər hesab edir ki, bu, kifayət deyil. O səbəbdən ki, mövcud qəbul sistemi müasir dövrün tələbələri ilə ayaqlaşmır.
AYNA-ya danışan Kanadanın Vaterloo Universitetinin Riyaziyyat və Biznes Proqramları direktoru, professor, həmyerlimiz İlham Axundov hesab edir ki, tələbə qəbulu qaydalarına dəyişikliklər günün tələbinə çevrilib: “10 ildən artıqdır Vaterloo Universitetinin Riyaziyyat fakültəsinin qəbul komissiyasının dörd üzvündən biriyəm. Kanadada digər inkişaf etmiş dövlətlərdə olduğu kimi, tələbə qəbulu prosesinə baxış tam fərqlidir. Burada bütün qiymətləri əla olan abituriyentə deyil, məktəbdənkənar məşğuliyyəti olan məzunlara xüsusi önəm verilir. Yəni, seçim zamanı ikincilər qazanır”.
“Bu, nə deməkdir? Deməli, məktəbdən kənarda özünü inkişaf etdirən, müxtəlif maraq dairələri üzrə təlimlərdə iştirak edən, musiqi, idman, olimpiada, karyera yönümlü fəaliyyət və digər məşğuliyyətlərlə məşğul olan məzunlar xüsusi üstünlük qazanırlar. Hesab olunur ki, məktəbi əla qiymətlərlə bitirən və bundan kənarda heç bir fəaliyyəti olmayan məzun daha tükənmiş məzundur. Bu zaman beynəlxalq təcrübəyə istinad olunur. Araşdırmalar ortaya çıxarıb ki, məhz ikinci qrup tələbələr, yəni məktəb dövrlərində digər məşğuliyyəti olan tələbələr daha uğurlu olurlar”, - deyə həmsöhbətimiz bildirib.
Professorun sözlərinə görə, bütün gücünü təhsilə ayırmış tələbənin özünə vaxt ayıran tələbədən geri qalması öz təsdiqini tapıb: “Daha doğrusu universitetlərdə, auditoriyalarda ikinci qrup tələbələr daha ciddi nəticələr göstərirlər. Təklif edirəm ki, Azərbaycanda da bu üsuldan istifadə edilsin. Effektiv olacağından da əminəm. Çünki bu sistem harada tətbiq edilibsə, uğur qazanıb”.
Axundov formulanı belə izah edib: “İxtisas üçün tələb olunan 3-4 fənnin qiyməti + digər 4-6 məktəbdənkənar fənn qiymətləri. Bunun üçün ilk növbədə qanunvericilikdə dəyişiklik edilməli, normativ baza tərtib olunmalı, xüsusi proqramlar işlənib hazırlanmalıdır. Hesab edirəm ki, bu, sürətlə dəyişən dünyamıza gənclərin adaptasiya olması baxımından da vacib addım olardı. Qarşıdakı 5 ildə peşə ixtisaslarının yarısı sıradan çıxaraq yeniləri ilə əvəz olunacaq. Bu qaydaların tətbiqi həm də o prosesə hazırlığı təmin etmiş olar”.
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də eyni fikirdədir. O, AYNA-ya şərhində deyib ki, abituriyentlərin hədsiz dərəcədə yüklənməsinə gərək yoxdur: “Dünyanın inkişaf etmiş və etməkdə olan dövlətlərində universitetlər giriş qapısını açıq, çıxış qapısını bağlı saxlayırlar. Mahiyyəti ondan ibarətdir ki, orta məktəbi bitirən məzunlara imkan yaradılır ki, ali məktəbə daxil olsunlar. Amma ali və ya orta ixtisas məktəblərini bitirmək asan olmur. Qardaş Türkiyədə də belədir. Belə olduqda tələbə məcbur qalaraq öz ixtisasını dərindən öyrənməli olur”.
Mütəxəssisin sözlərinə görə, əsas məqsəd tələbəni peşəkar kadr kimi yetişdirməkdir: “Bu mənada abituriyentlərin ifrat dərəcədə yüklənməsinə elə də gərək yoxdur. Düzdür, hər bir abituriyentin orta məktəb bazasından ümumi bilikləri olmalıdır. Bunu qiymətləndirmək lazımdır. Lakin bu, o demək deyil ki, tələbə universitet və ya kollec hazırlığı ilə istismar olunsun”.
“Hər kəsə məlumdur ki, bu prosesdə təkcə abituriyentlər deyil, onların valideynləri də əziyyət çəkir. Kəskin rəqabət şəraitində onlar məcbur qalıb övladlarını bir neçə repetitor yanına qoyurlar. Bu, həm vaxt itkisidir, həm də maddi itki. Bütün gücünü ali məktəb hazırlığına yönəldən tələbə özünü digər məşğuliyyətlərdən kənarda qoyur. Halbuki, ümumi dünyagörüşün formalaşması üçün bunlar da vacib komponentlərdir”, - deyə Əliyev vurğulayıb.
O, son dövrlər ölkəmizdə islahatlar prosesinə start verildiyini xatırladıb: “Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə edir. İnstitusional və kadr islahatlarının əsas məqsədi ölkəmizi inkişaf etdirmək və müasir dünya ilə ayaqlaşdırmaqdır. Bu islahatlar təhsil sektorundan da yan ötməməlidir. O cümlədən tələbə qəbulu prosesi zamanı da müəyyən addımlar atılmalıdır. Bu məsələdə beynəlxalq təcrübədən istifadə olunmalı, Azərbaycanda da tətbiq edilməlidir”.
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024