Təhsil (21-12-2019, 20:23)
Vətəndaş cəmiyyəti yüksək inkişafın nəticəsidir
Azərbaycanın müstəqillik əldə etməsi ilə totalitarizmin bir idarəçilik sistemi kimi qəbul etdiyi inzibati-amirlik metodunun tarixdən silinməsi təxminən eyni dövrə düşür. Müstəqil dövlət quruculuğu milli və demokratik dəyərləri özündə ehtiva edən vətəndaş cəmiyyətinə istiqamətləndiyindən ictimai şüurun yeniləşməsinə, onun müasir təfəkkür tərzinə yiyələnməsinə ciddi ehtiyac yaradır. Onu da qeyd etməliyik ki, XXI əsrin dövlətçiliyi qarışılıqlı surətdə bir-biri ilə bağlı olan bir neçə amili-milli maraqları, insan hüquqlarını və ümumbəşəri humanist dəyərləri özündə təcəssüm etdirir. Üstəlik, beynəlxalq şəraitin hədəflədiyi qloballaşma dünya proseslərinin ümumi nizama, siyasət və sosial-mədəni məkana, iqtisadi arenaya çevrilməsini nəzərdə tutur. Yeni cəmiyyətlə bağlı ideallarda, strateji hədəflərdə hər hansı fərqli xüsusiyyətlərin mümkünlüyünü qəbul etməklə bərabər, qeyd etməliyik ki, müasir dövlətlər yalnız demokratik cəmiyyətlər kontekstində vətəndaş cəmiyyətinə doğru irəliləməkdədir. Lakin bu prosesin mürəkkəbliyi, vahid prinsipin olmaması və üstəlik, milli baxımdan spesifiklik vətəndaş cəmiyyətinə doğru nəzərdə tutulan yolun dərindən araşdırılmasını, tədqiqini və təhlilini tələb edir. Siyasət üzrə fəlsfə doktoru Kamil Seyidovun “Vətəndaş cəmiyyəti demokratik cəmiyyət kontekstində” (ADİLOĞLU, 2019) adlı kitabı bu baxımdan çox əhəmiyyətli və vaxtında yazılmış kitabdır. Kitab ön söz və üç fəsildən ibarətdir. Müəllif hər bir fəsildə qoyulan problemin müqayisəli-tarixi metod əsasında həllinə çalışr.
Doğrudan da biz bu gün "demokratik dövlət", "vətəndaş cəmiyyəti" kimi anlayışların lakonik məzmununa o qədər vərdiş etmişik ki, çox vaxt onların arxasında dayanan möhtəşəm mənanı, titanik fədakarlığı tam dərk edə bilmirik. Müəllif kitabın girişində “vətəndaş cəmiyyəti " anlayışını və onun haqqında bir çox mütəfəkkir və tədqiqatçıların fikirlərini diqqətə çatdırır; o, “vətəndaş cəmiyyəti”nin “dövlətsizləşmiş" təsisat olaraq hüquqi dövlətlə sıx qarşılıqlı əlaqədə və qarşılıqlı
təsirdə olan fenomen kimi dəyərləndirən alimlərin mövqelərinə polemik yanaşır. Alim bildirir ki, vətndaş cəmiyyəti sadəcə olaraq müəyyən hüquqi mexanizm və qurumlar yaradılması deyil, hər şeydən əvvəl vətəndaş- dövlət münasibətlərinin özəl və ahəngdar bir durumu deməkdir. Vətəndaş-dövlət münasbətlərində tarazlıq olmadıqda konfliklər, qarşıdurmalar yaranır ki, bu da son nəticədə dövlət və cəmiyyətin zəifləməsində özünü göstərir. Müəllif demokratik cəmiyyətdə isə, “vətəndaşlarla dövlət arasında sivil dialoq kontekstində dəyərli sosial-siyasi məna kəsb edən konsensusun qərarlaşdığını və bunun formalaşmaqda olan yeni qlobal demokratikləşmənin tərkib hissəsi kimi” çıxış etdiyini bildirr. Alim demokratik dəyərlərin, dövlət-cəmiyyət münasibətlərinin, vətəndaş cəmiyyəti ideyasının meydana gəlməsi, təşəkkül və təkamül tarixi və hal hazırki vəziyyəti barədə danışarkən A.Leypxart, S.Hantinqton, L.Sanesteban, Ç.Endreyn, L.M.Romanenko, T.V.Polunina kimi dünya şöhrətli alimlərə istinad edir və öz qənaətlərini onların mövqeyi ilə müqayisəli şəkildə tqdim edir.
“Vətəndaş cəmiyyəti demokratik cəmiyyətin sivil sferası kimi” adlanan birinci fəsildə “siyasi rejim” anlayışının mahiyyəti, siyasi rejimlərin analoji və fərqli xüsusiyyətləri araşdırılır, ən qədim dövrlərdən bu günəqədərki rejimlər sərf-nəzər edilir. Nəhayət, müəllif rejimləri müqayisə edərək aşağıdakı nəticəyə gəlir: “Qeyri-demokratik rejimlərdən (totalitar vəm avtoritar) fərqli olaraq demokratik siyasi rejim özünəməxsus sosial-siyasi dəyərləri və plüralist mahiyyəti ilə səciyyələnir”. Beləliklə, alimin fikrincə, reallaşma formasına görə nə qədər mürəkkəb, çətin olsa da, demokratiya tipi bütün siyasi rejmlər içərisində ən mütərəqqisidir. Lakin onu da qeyd edək ki, demokratik dəyərlər və vətəndaş cəmiyyətini öyrənən bəzi ideoloqlar müəyyənləşdirilmiş dövlət sərhədləri çərçivəsində milli dövləti inkişafa əngəl saysalar da, monoetnikliyi mədəni cəhətdən yekcins cəmiyyət utopiyası faktı kimi dəyərləndərsələr də, K.Seyidov məsələyə başqa prizmadan yanaşır və vahid məqsəd uğrunda dövləti
möhkəmləndirmək, iqtisadiyyatı modernləşdirmək, sosial münasibətlərdə konsesusa nail olmaq üçün milliliyə ciddi ehtiyac olduğunu bildiirir.
Kitabın “Vətəndaş cəmiyyətinin təkamülü və inkişaf dinamikası” adlı ikinci fəslində vətəndaş cəmiyyətində sosial praktikanın rəqabət aparan ictimai təşkilatlar arasında horizontal əlaqə ilə optimallaşdırıldığı bildirirlir. Müəllif bunun ardınca qeyd edir ki, həmin əlaqə vətəndaş cəmiyyəti nümayəndələri ilə hökumət strukturları arasında da saxlanılır. Alimin fikrincə, şaquli əlaqə istər-istəməz inzibati–amirlik mexanizminin yaranmasına gətirib çıxarır ki, bu da demokratik dəyərlərin və plüralizmin sıradan çıxmasına səbəb olur.
Məlum olduğu kimi, qeyri-dövlət strukturları olan vətəndaş cəmiyyəti qurumları bazar iqtisadiyyatı şəraitində təşəkkül tapıb fəaliyyət göstərsələr də, onların bir çoxu məhz bazar şəraitndə xoşagəlməz nəticələri aradan qaldırmaqla məşğul olur. Bunlara nümunə olaraq çoxsaylı biznes birliklərini və təşkilatlarını göstərə bilərik: kooperativlər, icarə müəssisələri, səhmdar cəmiyyətləri, kommersiya bankları, assosiyasiyalar, klublar, mərkəzlər və s. Müəllif çox doğru olaraq qeyd edir ki, vətəndaş cəmiyyətinin mövcudluğu, fəaliyyəti və strukturu iqtisadi sahə ilə bitmir, o, sosial-siyasi sahədə fəaliyyət göstərən təşkilatların, ilk növbədə partiyaların, hərəkatların, ictimai özünüidarə orqanlarının, qeyri-dövlət informasiya vasitələrinin cəmiyyətdə stabillik və təhlükəsizliyin qorunmasında müstəsna rol oynadığını əsaslı dəlillərlə sübut edir.
K.Seyidov öz araşdırmalarında ayrı-ayrı ölkələrin, xüsusən də Qərb dövlətlərinin çoxəsrlik tarixi təcrübəsindən istifadə edir, hər bir tezisi faktiki materiallarla təsdiqləyir.
“Demokratik cəmiyyətdə vətəndaş siyasi mədəniyyəti” adlı son fəsildə müəllif siyasi mədəniyyəti siyasi sistemin ən əhəmiyyətli cəhəti kimi qeyd edir. Siyasi mədəniyyət vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən, siyasi sistemin
formalaşmasına və saxlanmasına təsir göstərən əsas amillərdən biri kimi dəyərləndirilr.
Ümumiyyətlə, “Vətəndaş cəmiyyəti demokratik cəmiyyət kontekstində” əsəri Azərbaycan cəmiyyətin inkişaf perspektivlərinə, dövlətçilik ənənələrinin möhkəmlənməsinə, müasir dünyaya inteqrasiya olunmasına həsr olunmuş mükəmməl əsərlərdəndir. Kitabın geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına inanırıq.
İbrahim Quliyev
Dos. filologiya üzrə fəlsəfə doktoru

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024