Təhsil (14-06-2019, 13:58)
Abşeronda nüfuz savaşı-Balakəndən başlayan dostluq Xırdalanda necə bitdi
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi iştirakçı ölkələrin iqtisadiyyatlarını inkişaf etdirməyə yönəlmiş ciddi bazaya malik olduğundan yalnız geosiyasi layihə deyil.
Report-un xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçin “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda Moskva-Bakı videokörpüsündə bildirib.
Onun sözlərinə görə, bu gün “Xəzər “beşliyi” Xəzər dənizinin statusuna dair sazişin imzalanması ilə paralel olaraq iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə ikitərəfli siyasi səviyyədə bu dəhliz üzrə dialoqu inkişaf etdirirlər:
“Bütün bu fəallaşma onu göstərir ki, bu ölkələr arasındakı münasibətləri xarici oyunçular nəzərə alınmadan inkişaf etdirmək lazımdır. Siyasi və iqtisadi cəhətdən bu dəmir yolu xəttini tikib başa çatdırmaq bizim üçün vacibdir. Azərbaycan tranzit marşrutlarından xeyir götürməyə çalışaraq öz geostrateji mövqeyindən maksimum və uğurla istifadə edir”.
Öz növbəsində, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov qeyd edib ki, layihəyə qatılan ölkələr qarşısında bir sıra suallar, o cümlədən xarici ticarət problemləri və ticarət müharibələri var.
Onun fikrincə, iştirakçı ölkələrin həmçinin makroiqtisadi idarəetmə sistemində, o cümlədən, xarici iqtisadi seqmentdə, iqtisadiyyatın daxili idarəetmə məsələlərində, investisiya axınlarının artım sürətinin asılı olduğu pul-kredit siyasətində problemləri var.
E.Məmmədov “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı bütün problemlərin qısa müddətdə həll edilə biləcəyinə və bunun beynəlxalq nəqliyyat dəhlizinin lazımi inkişaf səviyyəsinə çatmasına və digər nəqliyyat dəhlizləri arasında rəqabətqabiliyyətliliyinin təmin olunmasına imkan verəcəyinə əminliyini ifadə edib.
Videokörpü zamanı Rusiya iqtisadiyyatçısı Aleksandr Karavayev vurğulayıb ki, Bakı, Tehran və Moskva arasında əməkdaşlığın inkişafı ciddi sənaye potensialı olan bu layihənin əsas elementidir. Onun sözlərinə görə, bu istiqamətdə işlərin gedişi haqqında avqustda Moskvada keçiriləcək üçtərəfli sammitin nəticələrinə əsasən danışmaq olar.
Qeyd edək ki, “Şimal-Cənub” layihəsi Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir. Azərbaycan sazişə 2005-ci ildə qoşulub. Saziş, ümumilikdə, 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna tərəfindən ratifikasiya edilib. Nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. O, İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi üçün vasitə olacaq.
Birinci mərhələdə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə ildə 5 milyon ton, daha sonra isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024