Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-06-2019, 21:08)
Bakı Slavyan Universitetində imtahan sessiyası ilə bağlı mediatur keçirilib

 




















      İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri və təhsil ekspretlərinin iştirakı ilə 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Tədbirə aparıcı KİV nümayəndələrindən “Azərbaycan”, “Azərbaycan müəllimi”, “İki sahil”, “Səs”, “Kaspi” qəzetlərinin, AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi, Azadinform.az, Faktinfo.az, Eduaz.az, Tehsilpress.az, Nuh.az, Mediatv.az saytlarının nümayəndələri, təhsil ekspertlərindən Kamran Əsədov, politoloq Rauf Rəcəbov qatılıblar.
  Qonaqlar əvvəlcə 3-cü, 4-cü, 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, ağıllı lövhələrin də iş prinsipləri ilə tanış olublar. Jurnalistlər imtahanların gedişinə mane olmamaq şərti ilə imtahan aparan müəllim və nəzarətçilərdən müsahibə alıblar.
Sonra müşahidəçilər Operativ qərargahın işi ilə tanış olublar. BSU-nun rektoru, professor Nurlana Əliyeva onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. N.Əliyeva BSU-da 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının uğurla davam etdiyini bildirib. Rektor qeyd edib ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.
  • N.Əliyeva vurğulayıb ki, BSU-da artıq 279 fənn üzrə imtahan təşkil olunub. Hazırda universitetin əsas və ikinci tədris binasında ümumi 55 auditoriyada imtahan keçirildiyini diqqətə çatdıran N.Əliyeva  məlumat verib ki,  bu imtahanlardan 36-sı əsas binada, 19-u ikinci tədris binasında aparılır. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib. Rektor imtahanlarla bağlı məsələlərin əvvəlcə universitetin Emi Şurasında müzakirə olunduğunu da diqqətə çatıdırb.
O, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələrinin dərhal elan olunduğunu deyib. Rektor  adıçəkilən saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib. N.Əliyeva universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. O qeyd edib ki, yaz  imtahan sessiyasında BSU-da tələbələr üçün hər il olduğu kimi bu il də imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılır.
Rektor müşahidəçilərə qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə ətraflı məlumat verib. O qeyd edib ki, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayıb. Rektor qərargahın iş rejimi barədə də məlumat verib. O, bildirib ki, qərargah imtahandan öncə, yəni saat 08:30-da işə başlayır. Qeyd edib ki, 24 may 2019-cu il tarixli 69 saylı əmrə əsasən yaradılmış qərargah 13 nəfərdən ibarətdir. Rektorun sözlərinə görə, imtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. O, imtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Münaqişə komissiyasında baxıldığını bildirir. N.Əliyeva qeyd edib ki, iyunun 1-dən etibarən başlayan imtahanlar iyulun 6-a qədər davam edəcək.
Professor Nurlana Əliyeva nitqinin davamı BSU-da tədrisin inkişafı istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verib. Rektor universitetin beynəlxalq əlaqələrinin daha da genişləndiyini diqqətə çatıdıraraq hazırda BSU-nun 113 xarici universitetlə əməkdaşlığa dair müqaviləsinin olduğunu bildirib. O qeyd edib ki, bu müqavilələr çərçivəsində xarici universitetlərlə müəllim-tələbə mübadiləsi, habelə beynəlxlaq elmi konfranslar  həyata keçirilir, elmi məcmuələr nəşr olunur. N.Əliyeva BSU-nun son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələrdən söz açıb. Rektor may ayında MAPRYAL-ın Rəyasət Heyətinin  üzvü seçilməsini də bunun bariz nümunəsi kimi dəyərləndirib.
 Görüşün sonunda jurnalistlərin imtahan sessiyası ilə bağlı təssüratları dinlənilib. “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Şakir Cəfərov BSU-da keçirilən imtahanlarla bağlı müsbət fikirlər səsləndirib, tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirib. BSU-da keçirilən imtahanlarda biliyin yeganə meyar olmasının gənclər üçün əhəmiyyətindən danışan Ə.Hüseynzadə rektor, professor Nurlana Əliyevaya yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıq edib.             “Tehsilpress.az” saytının baş redaktoru Əkbər Hüseynzadə BSU-da keçirilən tədbirlərin ölkəmizin humanitar əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıdığını dilə gətirib.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024