Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (29-01-2019, 18:01)
Gələcək gəncliyindir 2 fevral - Azərbaycan Gəncləri Günüdü

 Gənclik hər bir millətin yaşayıb yaratması və inkişaf etməsi üçün təməl daşıdır. İstənilən xalqın gələcəyə olan ümidi yalnız onun sağlam gəncliyi ilə ölçülür. Çünki intellektual səviyyəyə və geniş dünyagörüşə malik olan gənclər dövlətçiliyin, müstəqilliyin gələcəkdə daha dayanaqlı olması üçün, həmçinin öz vətənini dünya ölkələri arasında uğurla təmsil edən ən yaxşı təminatçılardır.
Bu üzdən də gələcəyin etibarlı təminatçısı olan intellektual səviyyəli gənc kadrların yetişdirilməsi, onlara ölkədə və dünyada ictimai-siyasi işlərdə aparıcı qüvvəyə çevrilməsində yardımçı olmaq ilk növbədə ali təhsil ocaqlarının prioritet məsələlərindən biri, hətta birincisi hesab olunur. Ona görə də ölkəmizdə gənclərlə bağlı təşkil olunan və aparılan çoxşaxəli tədbirlər Azərbaycan gəncliyinin inkişafına çox böyük təkan verir, həmçinin onların ictimaiyyətdə özlərini təsdiq etməsinə gözəl şərait yaratmış olur.
Heç kimə sirr deyil ki, bü gün müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu olduqca geniş və güclüdür. Bu, ilk növbədə öz qaynağını milli-mənəvi dəyərlərdən götürərək daim inkişaf etməkdədir. Ali təhsil ocaqlarında aparılan tərbiyə işi – milli-mənəvi əxlaqi dəyərlərə, eləcə də dünya mədəniyyətinin ənənələrinə, müasir həyatın dəyər və tələbatlar sisteminə uyğun istiqamətləndirilir. Bu məqsədlə tərbiyəyə yönəlmiş ictimai fəallıq, ünsiyyət və liderlik cəhətlərinin inkişaf etdirilməsi, tələbə gənclərin həyat fəaliyyətinin dinamizmi və onun yaradıcı xarakterinin təşəkkülünü təmin edir. Burada gənclərin Azərbaycan xalqının milli adət-ənənələrinin təbliği, milli bayram mərasimlərinin qorunub saxlanılması, milli musiqiyə, folklora meyilli zövqlərin formalaşması məqsədilə tədbirlərin keçirilməsi, gənc istedadların müsabiqələrə, müsamirələrə cəlb edilməsi mühüm rol oynayır.
2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu gün, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümmilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edildi və həmin gündən etibarən bu tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı. Yeri gəlmişkən, Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.
Şübhəsiz ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yerlərdən birini tutur. Əsası Üummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini layiqincə doğrulda bilirlər.
Gənclik deyəndə göz önünə ilk növbədə tələbələr gəlir. Təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərini müəyyən edir. Gənclərin tərbiyəsinə, savadlanmasına, maariflənməsinə, elmi inkişafına, həmçinin dünyagörüşünün artırılmasına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi olduqca diqqətəlayiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Prezident fərmanları bu istiqmətdə görülən ən mühüm tədbirlər sırasındadır.
Böyük fərəh hissi ilə qeyd etmək olar ki, artıq Avropa təhsil məkanına inteqrasiya olunmuş, slavyan xalqlarının dilləri və mədəniyyətlərini Azərbaycanda tədris, tədqiq və təbliğ edən Bakı Slavyan universiteti Azərbaycanın dünyaya tanıdılmasında əvəzsiz rol oynayır. Xalqımızın tarixi, dili və mədəniyyətinin, onun zəngin milli-mənəvi dəyərlərinin, ümumilikdə isə Üummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyasının xarici ölkələrdə təbliği istiqamətində aparılan işlər bu universitetin dəyərli alimləri ilə yanaşı, gənc tələbələri tərəfindən də uğurla həyata keçirilir.
Əlbəttə, "Gələcək gəncliyindir" deyimi əbəs yerə deyilməyib. Hazırda Bakı Slavyan Universitetində müxtəlif istiqamətlər üzrə 18 tələbə təşkilatı və klubu fəaliyyət göstərir. Bakı Slavyan Universitetində tələbələrin ölkədə keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştirakının təmin edilməsi, təlim-tərbiyə işinin əsas istiqamətlərindən biridir. Təbii ki, universitetdə tələbələrin təlim və tərbiyəsi istiqamətində görülən işlərin əsas məqsədi dərin biliyə, geniş dünyagörüşə və yüksək mədəniyyətə malik, milli müstəqillik prinsiplərinə sədaqətli, vətənini, millətini və dövlətini sevən əsl vətənpərvərlər yetişdirməkdir.
Ötən son il ərzində Bakı Slavyan Universiteti gənclərlə bağlı təlim-tərbiyə işində ümumilikdə 90-dan çox idarə və təşkilatla, o cümlədən 6 nazirlik və dövlət komitəsi, 25-dən artıq dövlət müəssisəsi, 40 birlik və cəmiyyət, bir çox elm və mədəniyyət ocaqları, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə sıx əməkdaşlıq etmişdir.
Tələbə gənclərimizin vətənpərvərlik hissinin yüksək olması özünü xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar, Xocalı faciəsi və 31 mart soyqırım günlərində daha aydın görünür. Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın anım gününə həsr olunmuş yürüşdə gənclərimiz Vətən uğrunda döyüşə hər an hazır olduqlarını bir daha sübut etmiş oldular. Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhunda yetişməsi və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi ilə əlaqədar Bakı Slavyan Universitetinin 50 tələbəsinin Ağdam rayonu Quzanlı qəsəbəsində "Marş İrəli" layihəsi çərçivəsində iştirak etməsi gənc nəslin doğma torpağa, Vətənə necə bağlı olduğunu əyani olaraq göstərir.
Bakı Slavyan Universitetinin gəncləri ölkəmizdə keçirilən bütün daxili və beynəlxalq miqyaslı tədbirlərdə könüllü olaraq fəal iştirak edirlər. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunları idman yarışlarında tələbə gənclərimiz könüllülər cərgəsinin ilk sıralarında duraraq ölkəmizə gələn qonaqlara Azərbaycan gənclərinin yüksək mədəniyyətə, savada və multikultural dəyərlərə böyük ehtiram etmələrini ən yüksək səviyyədə nümayiş etdirmişlər.
Hazırda universitetimizin gənclərlə şəxsiyyətyönümlü tərbiyə və kollektiv fəaliyyətin formaları ilə uzlaşan özünütərbiyə mühitinin yaradılması, tələbələrin yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərlik duyğularına səbəb olan dərsdənkənar asudə vaxtlarının səmərəli keçirilməsini təmin edən proqramların tərtib edilməsi - səhnə əsərlərinə, tarixi abidələrə, muzeylərə gedişinin təşkili və müxtəlif ekskursiyaları onların dünyagörüşünün zənginləşməsinə xidmət edir. Bütün bu işlər ümumilikdə tərbiyəyə yönəlmiş ictimai fəallıq, ünsiyyət və liderlik cəhətlərinin inkişaf etdirilməsi, gənclərin həyat fəaliyyətinin dinamizmi və onun yaradıcı xarakterinin təşəkkülünü təmin edir.
Yaxşı, bilirik ki, ölkəmizdə fəaliyyət göstərən çoxlu sayda qeyri-hökumət və gənclər təşkilatlarının mövcudluğu, onların yorulmadan işgüzarlığı, əsası Ulu öndər tərəfindən yaradılan prinsiplər və dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Heç kimə sirr deyil ki, bu gün məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gənclərində özünə, istedadına inam hissi artıb. Hər il gənclərimiz müxtəlif bilik yarışmalarında, idman növləri üzrə iştirak etdikləri beynəlxalq olimpiadalarda, intellektual oyunlarda, yaradıcılıq müsabiqələrində və digər yarışlarda yeni-yeni qələbələrə imza atır, ölkəmizin şərəfini layiqincə qoruyur, eyni zamanda ucaldırlar.
Bu gün tam əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli istiqamətində atılan addımlar, onların həyatda layiqli təbəqəyə çevrilməsi və milli adət-ənənələrə, həmçinin saf dəyərlərə bağlı olmaları üçün dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Gənclərimizin ölkədə məşğulluğunun lazımınca təmin olunması da diqqətdən kənarda qalmır. Respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərimizin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən çoxsaylı və rəngarəng layihələr çərçivəsində böyüməkdə olan gənc nəslin gələcəyinin müəyyən olunması etibarlı şəkildə ən yüksək səviyyədə təmin olunur.
Hər kəsə aydındır ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin sosial həyatının hər hansı bir sahəsinə diqqət yetirsək, orada aparıcı qüvvənin əsasən elə gənclər təşkil etdiyini açıq-aydın görərik. Əlbəttə, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin gənc kadrların irəli çəkilməsi və inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifənin həyata keçirilməsinin təkzibedilməz nəticəsidir.
Sözsüz ki, gənclər də onlara göstərilən bu qayğıları diqqətdə saxlamağı bacarırlar. Gənclərimiz dövlət qayğısını daim hiss edərək öz nailiyyətləri ilə onlara göstərilən inamı layiqincə doğrultmağa çalışırlar. Dövlət tərəfindən göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyi olan gənclər müstəqil və azad Azərbaycan naminə bütün güclərini səfərbər etməkdə son dərəcədə maraqlıdırlar. Ana yurdun inkişafı üçün var gücləri ilə çalışan gənclər, öz
siyasətində onlara arxalanan Prezident İlham Əliyevin apardığı uğurlu siyasətini yekdilliklə dəstəkləyirlər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024