Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil / Redaktor seçimi (13-01-2023, 10:45)
Bakıdakı 49 saylı “şkola-dvorets”də dərsləri kim “dondurub”

 






Mediatv.az
xəbər verir ki, son günlər qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yaydı. İdarədən bildirildi ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb, bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib.
O da bəllidir ki, Elm və Təhsil Nazirliyi qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verməyib. Ancaq paytaxtın Səbail rayonundakı R.Hüseynov adına 49 saylı "İntellekt" məktəb-liseydə hətta davamiyyətə riayət edən şagirdlərə dərs keçən yoxdur, uşaqlar başlı-başına buraxılıb. Bu barədə “Mediatv.az” saytının redaksiyamıza zəng vuran liseyin 5 “e” sinif şagirdi Alıyeva Dəniz Bayram qızının atası bildirib: “Uşaqlara dərs keçilmir. Uşaq evə zəng edib deyir ki, ata, dərs keçilmir, gəl məni apar. Problemi hava şəraiti ilə əlaqələndirirlər. Halbuki, mən Nazirliyin “qaynar xətt”inə də, Bakı şəhəri üzrə Təhsil İdarəsinə də şikayət eləmişəm. Bildiriblər ki, məktəblərin bağlanması göstərişi verilməyib. Sadəcə olaraq direktor özü pensioner adamdır, oturub evində, yerində yoxdur. Daha boğaza yığılmışıq. Srağagün valideyn komitəsindən zəng vurub deyiblər ki, gəlin uşağınızı götürün. Mən də, uşağın anası da işdə olmuşuq. Yoldaşım işini yarımçıq qoyub taksi tutub, bir saat sonra gedib uşağı götürüb. Müəllimlər özləri davamiyyətə əməl etmirlər. Xarici dil müəllimini, tarix müəllimini riyaziyyat müəllimi əvəz edir. Yeni il bayramından əvvəl tədbir adı ilə üç gün dərs keçilmədi. Bayramdan sonrakı, havanın hələ sabit olduğu ilk iki dərs günündə də normal dərs keçilməyib. Digər uşaqların dərsə gəlməməsi bizim günahımız deyil. Ancaq məktəbdə yuxarı sinif şagirdlərinə keçirilən hazırlıq kurslarında davamiyyət 100 faizdir. Dövlətin məktəbi demək olar hazırlıq kurslarına, repetitorlara icarəyə verilib. Şagirdlər arasından “imtiyazlı” valideynlərin, məsələn müəllimlərin övladlarına güzəşt edilir, dərsə gəlmədikləri halda belə qiymətləri yazılır. Mən istəmirəm uşağıma havayı yalançı yüksək qiymət yazılsın. İstəyirəm ona normal dərs keçilsin, uşağımı kor qoymaq istəmirəm”.
Məsələ ilə əlaqədar redaksiyadan məktəbin direktoru Təhminə Əsədovaya zəng vurub münasibət bildirməsini xahiş etdik. Direktor heç bir mövqe bildirmədi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməyimizi tövsiyə etdi. Halbuki, nə “İnformasiya əldə etmək haqqında”, nə də “Media haqqında” Azərbaycan Respublikası qanunlarında jurnalistin informasiya əldə etmək hüququ bunca məhdudlaşdırılmayıb.
Bakı şəhər təhsil idarəsi bu yazıya cavab verdi. Cavabda deyilir:Məktəbin məlumatı: Bakı şəhəri  49 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, 09-10.01.2023-cü il tarixlərində qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisəsində şagirdlərin dərsə davamiyyəti qismən aşağı düşüb. Həmin tarixlərdə bəzi valideynlər icazə alaraq övladlarını dərsdən evə nisbətən tez aparıblar. Ümumilikdə dərs prosesi ənənəvi qaydada davam edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024