Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil / Redaktor seçimi (Bu gün, 15:26)
Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

 
Dövlət idarəçiliyinin ən böyük bəlası savadsız və qeyri-peşəkar məmurların kresloya sahiblənməsidir. Bu tip insanlar öz sahəsini dərindən bilmədiyi üçün idarəçilikdə səriştəsizlik göstərir, amma buna baxmayaraq, kresloya yapışaraq özünü “yeganə ağıllı” kimi təqdim etməyə çalışır. Əslində isə onların bütün “ağıllılığı” bacarıqlı insanların boğulması, ixtisaslı kadrların uzaqlaşdırılması və kollektivin inkişafının qarşısının alınması ilə məhdudlaşır. Bu gün haqqında danışacağımız təhsil sisteminin iflic vəziyyətə düşməsinin səbəbi də məhz belə məmurların mövcudluğudur.Cəmiyyətin inkişaf səviyyəsi onun təhsililə bilavasitə bağlıdır. Təhsil insanın özünü tanımasına, həqiqəti dərk etməsinə kömək edir.Aşağıdakı siyahıda vəzifəsi ilə savadı, ixtisası təzad təşkil edən mühüm post rəhbərlərini Mediatv.az olaraq təqdimatını davam  ediririk.
 
Orxan İrşad oğlu Abbasov
 2005-ci ildə  Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və və audit fakültəsinə daxil olmuş və həmin universiteti 2009-cu ildə bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-2014-cü illlərdə ABŞ-nin Qərbi Miçiqan Universitetinin Dünya iqtisadiyyatı ixtisaslaşması üzrə magistraturasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.2015-2017-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin təhlil sektorunda məsləhətçi, 2017-2020-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri, 2020-2023-cü illərdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri, 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.Uzun müddət Təhsil Nazirliyində çalışan Orxan Abbasovun heç bir pedoğoji təhsili yoxdur və təhsil nazirliyinin aparıcı fiqurlarından biri olub.
 
Nərminə Hüseynova
İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb. Hazırkı iki müavini Xəyalə Əhmədzadə və Anar Qədiməliyev isə yerin boşalmasını, nə vaxt birinci şəxs olacaqlarını gözləməklə məşğuldurlar. Ona görə də hər ikisi sirli şəkildə susur, hələ ki N. Hüseynova haqqındakı sirr boğçasını doldurmaqda maraqlı görünürlər.
Bakı təhsil şefinin idarəyə gətirdiyi şöbə müdirləri bir ayrı aləm vücudlardı. Ümumi təhsil şöbəsinin müdiri Turanə Məcidova ancaq direktorlara hədə gəlməklə və qeyri-praktik tapşırıqlar verməklə məşğuldur. Kadrlar şöbəsinin işini mənimsəyən Turanə xanım kadr bankı kimi çıxış edir, adi müəllimlərin qibtə etdiyi imkanlı namizədləri irəli çəkir. Bu işdə ailə üzvü olan məktəb direktoru da az rol oynamır. Kadr təyinatlarında aldığı rola görə İnsan resursları şöbəsinin müdiri Aygün Bayramova ilə duel vəziyyətindədir. Keçmiş müavin Anar Məmmədovun kadrı olan Aygün Bayramova İdarə rəhbərinin onun haqqındakı gizli planlarını bildiyi üçün hələlik sussa da, Nərminə Hüseynovanın qanuna zidd kadr təyinatları və ya qərəzli işdən azad etmələr haqqındakı əməllərindən ibarət qara çantasını da əlində möhkəm saxlayır, yaxınlarına bununla bağlı pıçıldayır. Yeri gəlmişkən belə qara işlərdən biri ictimailəşib artıq. İdarənin keyfiyyətsiz fəaliyyəti ilə keyfiyyətə cavabdeh şöbəsinin olmayan işindən isə danışmağa dəyməz.
Təchizat şöbəsi də özlərinin dediyi kimi təcili yardım xidməti göstərirlər, ürəyi gedən binalara valokardin iylətməklə məşğuldular. Digər gülməşəkər şöbə müdirləri də onlardan fərqlənməyən Bakı Təhsil İdarəsində at izi it izinə elə qarışıb ki, təhsildən başqa hər işlə narın-narın məşğul olurlar.
 
Elnur Əliyev
Əliyev Elnur Qəzənfər oğlu 2023-cü ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Elm və təhsil nazirinə müşavir təyin edilib. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir. Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.Elnur Əliyevin adı Büdcəni “yemək” üçün ciddi mübarizələrdə hallanır. Sosial medianın yaydığı məlumata görə Əmrullayev İnstitutun rəhbəri olduğu müddətdə layihələrdə xeyli neqativlər var idi. Əmrullayev Əliyevi İnstituta gətirdi ki, neqativlərin üstü açılmasın, həm də “işlərinə” davam etsinlər. Sonra Elnur Əliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyini ələ keçirdi. Xatırlatmaq istərdik ki, Elnur Əliyevin təsisçisi olduğu MMC 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər” üzrə 1.328.633,51 manat və “21-ci əsrdə səmərəli məktəb idarəçiliyi üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə 460.800 manat dəyəri olan iki tenderinin də qalibi olub.
İlhamə Abdullayeva 
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri

Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır...İlhamə Abdullayevanın adı yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan məmurlar sırasındadır.Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva 26 milyonluq yeyintidə ittiham olunur.Məlumata görə, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanan məlumatlarda qeyd olunub ki, maliyyə pozuntuları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki 103 ümumi təhsil müəssisəsi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.Media da yayılan iddialara görə, İlhamə Abdullayeva rəhbərlik etdiyi dövrdə yalnız maliyyə pozuntuları ilə deyil, şəxsi dəbdəbəsi ilə də diqqət çəkib.Bildirilir ki, onun övladına Bakının “Elite Event Hall” şadlıq sarayında dəbdəbəli toy mərasimi təşkil edilib, o cümlədən İsveçrəyə səfər edərək cehiz aldığı da məlum olub.Həmçinin, Xırdalan şəhərinin “Kristal-1” yaşayış kompleksində İlhamə Abdullayevaya məxsus şəxsi gözəllik salonunun fəaliyyət göstərdiyi, onun bura tez-tez xidməti avtomobillə gəldiyi bildirilir.

Azərbaycan təhsilinin sahibsiz olduğunu zənn edən, öz sisteminin rəhbərinə “müəllim”siz xitab edə bilən bu zatlar anlamalıdılar ki, təhsilin əsas himayəçisi ölkə rəhbəridir. Onun belə islaholunmaz, hədbilməz səlahiyyət sahibləri haqqında ölçüsü isə çox təsirli ibrətamiz hekayəyə çevrilir. Çünki təhsil cameəsini narazı salmaq, bu sahəyə ac maraqların təmin olunması yeri kimi baxmaq İlham Əliyevin kursuna qarşı getməkdən yana olmaqdır. O kursdan kənar yol isə uçuruma aparır. Qəzanız mübarək olmasın.
Davamı var..

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025