Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-06-2022, 15:13)
Xəstəxanada yerli prokurorluq barəsində "dedi-qodu" ...- VİDEO + FOTO

 "DogruXeber.az" informasiya portalında Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ölülərin adına verilmiş Sağlamlıq haqqında tibbi arayışlardan, dirilərin adına açılmış boş bülletenlər və digər qanunsuzluqlardan bəhs edilmişdir.


Eyni zamanda, bəhs etdiyimiz məlumatlarla bağlı Səhiyyə Nazirliyinə, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nə (TƏBİB) və Şirvan Şəhər Prokurorluğuna da redaksiya tərəfindən rəsmi müraciətlər də göndərmişdik ki, bunu da yazılı məlumatların sonunda izləyicilərimizin də diqqətinə çatdırmışdıq.

Səhiyyə Nazirliyi müraciətimizə cavab olaraq bildirdi ki, sözügedən xəstəxana artıq, TƏBİB-in tabeçiliyində olduğu üçün, müraciətimiz onların da tərəfindən TƏBİB-ə yönləndirilib. TƏBİB zəng vasitəsilə cavab verdi ki, artıq sözügedən xəstəxanada araşdırmalara başlanılıb, Şirvan Şəhər Prokurorluğu zəng edib soruşur ki, "Yazdıqlarınıza dair faktlarınız varmı?".
 











Yeri gəlmişkən, xüsusi olaraq qeyd edirik ki, məlumatlarla bərabər, məlumatları təsdiq edən görüntüləri də adlarını çəkdiyimiz bütün qurumlara göndərmişik. Şirvan Şəhər Prokurorluğu "fakt" deyərkən, daha nəzərdə tutur görəsən?

Qeyd: Bir də bizə çatan məlumatlara görə Xəstəxananın şöbə müdiri, bəhs edilən məlumatların "əsas qəhrəmanı" Səadət Quliyeva məlumat yayımlandıqdan sonra, xəstəxananın bəzi çalışanlarının yanında "ürəyini açıb" danışırmış ki, "Prokuror öz adamımızdır, ondan qorxusu yoxdur. Əsas TƏBİB-dir, onu da görək neynirik?!".
 















Şəhər Prokurorluğunun isə göndərdiyimiz real görüntülərə "gözünü yumub, görmürəm deməsi" elə Səadət xanımın sözləri ilə üst-üstə düşür.

Bu barədə araşdırmalar aparıb, qanuni tədbirlər görülməsi də hüquq-mühafizə orqanlarının işidir.

Güman edirik ki, aidiyyatı qurumlar Emin Hüseyinlini "himayə edən" Qobustan rayon prokurorluğundan fərqli olaraq, heçolmasa bu barədə lazımi tədbirlər görəcəkdir.

Baxmayaraq ki, Şirvan Şəhər Prokurorluğu və TƏBİB tərəfindən, müraciətimizdən 1 aya yaxın müddət keçib, rəsmi cavab isə hələ də göndərilməyib.

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024