Hacıqabul rayonunun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğusunda qəza baş verib.

Mediatv.az  xəbər verir ki, bu barədə Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov məlumat verib.

İdarə rəisinin qeyd etdiyinə görə, səhər saatlarında 1400 diametrlik suötürücü kəmərin sınması nəticəsində Hacıqabul rayonunda Şirvan-Muğan qrup su kəmərinə suyun verilməsi dayandırılıb. Hal-hazırda kəmərdə təmir işləri davam etdirilir. Suyun verilməsi saat 22 radələrində gözlənilir. Qəza nəticəsində Şirvan şəhərinin, həmçinin Hacıqabul, Salyan, Biləsuvar və həmin istiqamətdə yerləşən rayonların su təchizatında fasilə yaranıb.