Sosial / Slayd (1-12-2021, 12:05)
Sabirabadda fermerlərə ƏNGƏL OLAN KİMDİR? - NARAZILIQ!

Bir daha yada salmaq kifayət edər ki, Alim Mürşüdovu rayonun əkinə yaralı torpaq sahələrində meliorasiya işlərinin necə həyata keçirilməsi deyil, məhz şəxsi təsərrüfatındakı vəziyyətin necəliyi daha çox düşündürür. Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə, təqribən 3-4 ay bundan öncə bir nəfər media əməkdaşı (etika naminə ad çəkmirik) Sabirabad Meliorasiya İdarəsi rəisinin qəbulunda olur və ona rəhbərlik etdiyi dövlət idarəsinin fəaliyyəti haqda bir neçə suallar verir. Həmin vaxt Alim Mürşüdov KİV nümayəndəsinin ünvanladığı sualları cavablandırmaq, bəzi məsələlərə aydınlıq gətirmək əvəzinə o, istifadə etdiyi mobil telefonunu çıxarır və həmin şəxsə özəl təsərrüfatında saxladığı arı yeşiklərinin şəkillərini göstərir, arılara göstərilən xidmətdən danışır, hətta yaşayış evinin həyət-bacasında aqreqatla otun necə biçilməsini də göstərir. Bir sözlə, Alim Mürşüdov “burcudub” ünvanlanan sualları cavablandırmaqdan “vaz keçir”. Yəni, bu o deməkdir ki, idarə rəisini yalnız və yalnız şəxsi təsərrüfatını necə inkişaf etdirməyin yolları düşündürür, Sabirabad Meliorasiya İdarəsinin fəaliyyəti isə, bu şəxsin maraq dairəsindən kənarda saxlanılır. O halda sual oluna bilər ki, adı Alim olan, amma “alimlik” kimi iş fəaliyyəti nümayiş etdirməyən bu şəxs heç düşünmürmü ki, dövlət idarəsində şəxsi təsərrüfata aid məsələ və problemlər deyil, məhz dövlətə aid məsələ və problemlər, idarəçilik, qarşıda duran vəzifələr və s-lər müzakirə olunmalıdır. Əslində Alim Mürşüdovun bu cür yanaşması “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa hörmətsizlikdir, sayğısızlıqdır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
GündemXeber.Az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025
14 09 2025