Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-12-2014, 15:50)
Olimpiya çempionu "bərkgedən" sürücünü cəzalandırdı - FOTO

Olimpiya çempionu "bərkgedən" sürücünü cəzalandırdı - FOTO

Dekabrın 5-dən 6-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin də iştirakı ilə genişmiqyaslı reyd keçirilib. Reyddə tanınmış idmançı, olimpiya çempionu Elnur Məmmədli də iştirak edib. 
"Mediatv.az"-ın məlumatına görə, Bakı şəhər DYPİ-nin əməkdaşı olan və polis kapitanı rütbəsi daşıyan Elnur Məmmədli xidməti avtomobili ilə görüntülənib. 10 YP 307 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan olimpiya çempionu gecə yarısı avtomobilin arxa yan şüşələrinə pərdə vuran sürücünü saxlayıb. Zərifə Əliyeva küçəsində – «Hilton» otelin qarşısında «Range Rover» markalı, 90 DS 909 dövlət nömrə nişanlı avtomobili saxlayan Elnur Məmmədlinin iştirakı ilə həmin sürücüyə inzibati protokol tərtib olunub. Avtomobildəki pərdələr isə yığışdırılıb.
Jurnalistlərin çəkiliş apardığını görən sürücü etiraz edib. Sonra isə fikrini belə əsaslandırıb: «Mən dost-tanışa demişəm ki, Bakıda deyiləm, sizsə məni çəkib efirə verirsiz. Belə olmaz axı»
шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024