Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-09-2014, 22:44)
Rövnəq Abdullayevin xidməti maşınının 36 RADARI VAR (FOTO)

 

Bir neçə gün əvvəl Avtosfer.az saytına müraciət edən tanınmış iş adamlarından biri yeni aldığı avtomobili üçün 99 AA 999 dövlət nömrə nişanını almaq və bunun üçün nə etməli olduğunu öyrənmək istədiyini bildirmişdi. Həmin şəxsin dediyinə görə, o, bu nömrəni almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə 100 min manat təklif etsə də, rədd cavabı alıb. Saytın apardığı araşdırmalar zamanı isə məlum olub ki, həmin nömrə artıq satılıb. Və hazırda 99 AA 999 dövlət nömrə nişanı dəyəri təxminən 200 min manat olan «Mersedes» markalı avtomobilin üzərindədir.
Apardığımız araşdırmalar zamanı müxtəlif fotolar əldə etdik və məlum oldu ki, bu avtomobil hər gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) binasının qarşısında dayanır. Əldə etdiyimiz məlumata görə, bu avtomobil ARDNŞ prezidenti Rövnəq Abdullayevin xidməti maşınıdır. 99 AA 999 dövlət nömrə nişanlı avtomobilin Dövlət Yol Polisi İdarəsinin məlumat bazası sistemində ARDNŞ-in Nəqliyyat İdarəsinə məxsus olduğu göstərilir. Həmin sistemdə göstərilən daha maraqlı məqam isə budur ki, sözügedən avtomobilin indiyədək 36 ödənilməmiş cəriməsi var. Bu cərimələrin hamısı sürət həddinin aşılması ilə bağlıdır. Maraqlıdır, Rövnəq Abdullayevin bu cərimələri ödəməyə pulu yoxdur, yoxsa, dövlətin qanunu ARDNŞ üçün ayrıca izah olunmalıdır?
Məsələ burasındadır ki, həmin cərimələr 2 ay müddətinə ödənilmirsə, yol polisi avtomobilin saxlanılması barədə qərar çıxarmalıdır. Üç ay keçdikdə isə sürücünün sürücülük hüqüqunun məhdudlaşdırılması məsələsi orya çıxır. Amma indiki halda görünür, DYP «dərinə getmək» istəmir

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024