Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-04-2025, 11:37)
35 milyonluq layihənin axırı...

 Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib. Tikən şirkət isə "6-cı mərtəbə" Məhdud Məsuliyyətli Cəmiyyətdir. Bu gün videoları yayılıb ki, yağışdan təzə tikilən evlər damıb. Evlərin tavanı sanki aşsüzənə dönüb. Bəs kimdir bu "6-cı mərtəbə"nin arxasında duran? Bir dəfə yazmışdım ki, Azərbaycanda vəzifə beşmərtəbəli şəxsi mənafelərin, biznes maraqlarının 6-cı mərtəbəsidir.
Deməli, bu "6-cı mərtəbə" Müstəqil Şirkətinin direktoru Təhməzli Ataş İlahi oğludur. Ataş Təhməzli dönərin içində at və eşşək əti axtaran Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır. O biri qardaşı isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında
Mediatv.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün FB səhifəsindəki paylaşım edib: . Daha sonra Cavanşir Həsənli  yazır:
MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdur. "6-cı mərtəbə"nin hələ 5-ci mərtəbəsi də var. Yəni "kruq" genişdir, 35 milyonluq yenderi udan şirkətin bir ucu gedib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə çıxır. Şirkətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Bu şəxs London Universitetinin məzunu və 2 ildən bəridir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin olunmuş Pərvin Nəbiyevin atasıdır. Pərvin Nəbiyev özü də bir müddət bu şirkətdə layihə menecerinin müavini olub. Pərvin Nəbiyevin atasının adı Təhməzli ailəsinin başqa bir şirkətində - "VƏLİYEV ŞAHİN İ. VƏ TƏHMƏZLİ ŞAHBAZ A. TAM ORTAQLI BAK TİKİNTİ ABADLIQ" MÜƏSSİSƏSİ-də də qanuni direktor kimi qeyd olunur. Şahbaz Təhməzli "6-cı mərtəbə"nin sahibi Ataş Təhməzlinin oğludur.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025