Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-12-2014, 23:11)
Azərbaycan əhalisinin 5,6 faizi əlillərdir

 

Səlim Müslümov: “Əlilliyə görə sosial müavinətlər 2004-cü illə müqayisədə 8,1 dəfə, əlil uşaqlara ödənilən sosial müavinət 7,4 dəfə artıb”

Son bir ildə ölkə başçısı tərəfindən əlilliyi olan şəxslərin, sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı ümumilikdə 10-dan çox fərman və sərəncam imzalanıb. Bu sənədlərə əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün təyin edilməsinə, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanıb.

“Həftə içi”nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində bildirib. Nazir hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələrinin iştirak etdiyi tədbirdəki çıxışında dünya əhalisinin 15 faizinin əlilliyi olan şəxslər olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda bu göstərici 5,6 faiz, yəni 530 min nəfərdir: “Həmin şəxslərin maddi təminatı daim gücləndirilir. Hazırda əmək pensiyası alanların 28,2 faizi, sosial müavinət alanların 58,3 faizi, Prezident təqaüdü alanların 68,3 faizi əlilliyi olan şəxslərdir. Əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, əmək pensiyalarının orta aylıq məbləği isə 9 dəfədən çox artırılıb”.

Səlim Müslümov əlilliyi olan şəxslərin avtomobil və mənzillə təminatı işlərinin sürətləndiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən bu ilin ötən dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan 1453 nəfər əlilliyi olan şəxs avtomobillə təmin olunub. Həmçinin bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib: “Hazırda bu insanlar üçün ölkənin müxtəlif bölgələrində yeni çoxmənzilli və fərdi evlər inşa edilir. Bu ilin əvvəlinədək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin olunacaq”.

Əmək və Əhalinin Sosoal Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki müvafiq müəsissələrdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil uşağın dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə təmin olunduğunu deyən nazir 5 minədək əlilə protez-ortopedik məmulat və reabilitasiya vasitələri verildiyini söyləyib. Səlim Müslümov deyib ki, təkcə bu il ərzində 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Nazirliyin sifarişləri əsasında icra olunan layihələrdən danışan nazir bu layihələr çərçivəsində müxtəlif bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlara çoxşaxəli reabilitasiya xidmətlərinin göstərildiyini də qeyd edib. Onun sözlərinə görə, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sının icrasına dair Azərbaycanın bu ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında təqdim edilən ilk məruzəsi da razılıqla qarşılanıb. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinə həmin Komitə tərəfindən müsbət rəy verilib.

Səlim Müslümov əlilliyi olan şəxslərin peşə reabilitasiyası yönündə də işlər aparıldığını, ötən ilin dekabrında dövlət başçısının iştirakı ilə açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bu sahədə önəmli rol oynadığını, hazırda Bakının Sabunçu rayonunda nazirliyin sifarişi ilə gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin də inşa edildiyini bildirib: “Əvvəllər əlillik müayinəsi aktından çıxarış blanklarında “əmək qabiliyyətsiz” sözünün yazılması əlil şəxslərin məşğulluğuna maneə yaradırdı. Artıq əlillik arayışlarında bu söz yazılmır və onlar üçün əmək zəmanəti qeyd olunur. Bununla da belə insanların öz fiziki imkanlarına uyğun işlə təmin olunmaq imkanı var”.

Tədbirdə Beynəlxalq Əlillər Günündə belə bir tədbirin keçirilməsinin rəğbətlə qarşılandığı və bunun əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında xüsusi önəm daşıdığı vurğulayıblar. Mərasimin sonunda yarışlarda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, ümumən yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

Qələndər Xaçınçaylı

шаблоны для dle 11.2

Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025