Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-10-2021, 22:39)
Şəhid polkovnikin ailəsinin evi bərbad vəziyyətdədir - Video

Şəhid polkovnikin ailəsinin evi bərbad vəziyyətdədir

Şəhid polkovnik-leytenant Mehman Qənbərovun valideynlərinin yaşadığı ev bərbad vəziyyətdədir.

Mediatv.az xəbər verir ki, İTV şəhidin ailəsinə baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Bildirilib ki, Ağdamdan didərgin düşmüş ailə Bərdənin Qaraağaclı kəndində uzun illərdir yararsız vəziyyətdə olan bu evə sığınıb. M.Qənbərov hələ sağ ikən şəraitsiz vəziyyətdə yaşaması ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, səsinə səs verən olmayıb.


“Rəhmətə gedəndən üç gün sonra idi. Biz dedik ki, evlə təmin edin ki, insanlar şəhidin evinə axın edir. Biz evlə təmin olunaq ki, belə yerə gəlməsinlər. Məktub gəldi ki, zirzəmidə yaşayanlar var, onlar evlə təmin olunsun, sonra siz də olunacaqsınız. Ondan sonra heç bir quruma müraciət etmədik”, - şəhidin qardaşı Cavid Qənbərov bildirib.

Şəhidin valideynlərinin sözlərinə görə, ötən bir il ərzində heç kim onlarla maraqlanmayıb.

Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailəyə Ağdam rayonundan ev təklif edilsə də, şəhidin valideynləri bundan imtina ediblər:

“Bu yaxınlarda beşmərtəbəli ev paylanıb. O evə gəlməkdən imtina etdilər. Onlar ancaq Bərdədən ev istəyirlər”.

Şəhidin ailə üzvləri onlara Ağdamda təklif olunan evdən imtina etmələrinin səbəbini Mehman Qənbərovun Bərdə Şəhidlər xiyabanında dəfn olunması ilə izah ediblər.

“Günaşırı uşağımla görüşürəm, ziyarət edirəm, söhbətləşirəm. Mən burdan uzaqlaşa bilmərəm. Bu ev də yox, çadırda da olsam, Mehmanın yaxınlığında olaram”, - şəhidin anası Məryəm Qənbərova qeyd edib.

Daha ətraflı videosüjetdə:

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025