İştirakçılar əvvəlcə II Fəxri xiyabana gələrək şəhid Cəbrayıl Dövlətzadənin və Nurlan Ağakişiyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək, dualar oxuyublar. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra iştirakçılar şəhid Rahid Sadıxovun və Nurlan Ağakişiyevin yaşadığı ünvana gələrək şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər.
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.




























