Sosial (27-02-2014, 12:09)
Bu kadrlar etiraza səbəb oldu- Video
Danimarkalılar Polşanın “Eurovision” təqdim etdiyi klipin açıq-saçıq və pornoqrafik olduğunu bildirərək narazılıq ediblər.
“Mediatv.az”ın məlumatına görə, Danimarkanın paytaxtı Kopenhagendə mayın 10-u baş tutacaq “Eurovision” müsabiqəsində iştirak edəcək ölkələr musiqilərini artıq təqdim etməyə başlayıb. Danimarkalılar Polşanın təqdim etdiyi klipin çox açıq-saçıq və pornoqrafik olduğunu bildirib.
“Eurovision”a “My Slowianie” adlı mahnı ilə qatılan Polşa qrupunun klipində böyük sinəli qadınlar dekolteli milli geyimlərlə çörək bişirir, kərə yağı hazırlayır, paltar yuyurlar. Eyni zamanda “Donatan & Cleo” tərəfindən ifa edilən musiqiyə çəkilən klipdə kamera yaxın çəkiliş edərək qadınların sinələrini göstərir. BBC Televiziyasının əməkdaşları da klipdəki qadınların müasir kölə kimi açıq-aşkar rol aldıqları qeyd ediblər.