Sosial / Slayd (22-10-2014, 19:55)
"Sosial yardım alan ailələrin əksəriyyətində bu insanlar var" -Səlim Müslümov
Bu gün Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə beynəlxalq seminar başlayıb. APA TV-nin xəbərinə görə, 2 günlük tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycanın dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, həmçinin informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər. DSMF-nin sədri Elman Mehdiyev ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən hərtərəfli inkişaf siyasəti barədə geniş məlumat verib: "Bir məlumatı sizə bildirə bilərəm ki, DSMF-nin qeyri büdcə üzrə qeyri gəlirlərinin artımı növbəti il büdcə layihəsində xüsusi ilə diqqətə alınıb və bu hesaba ümumi gəlirlərin daxilində qeyri büdcə daxilolmalarının əhəmiyyətli şəkildə artımı nəzərdə tutulub".