Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (28-08-2014, 13:10)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini kim icra edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini kim icra edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək şəxs məlum olub

 

Təhsil Nazirliyindən bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olunanadək bu vəzifə I müavin vəzifəsini icra edən Elnur Əliyevə həvalə olunub.
Qed edək ki, Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın işdən azad olunması ilə bağlı rəsmi açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
Qeyd olunub ki, 1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib.

 

Prezidentin sərəncamı ilə Azərbaycanın “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb./Apa/
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024