Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, H.Mirələmov 16 ildir Panamada offşor şirkət idarə edir.
Onun direktoru və xəzinədarı (ispanca tesorero - şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir.
Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.


